Ankara-Bakı sürət qatarları belə olacaq – FOTOLAR
Bizi izləyin

İqtisadi gündəm

Ankara-Bakı sürət qatarları belə olacaq – FOTOLAR

Türkiyə hökuməti hazırda inşa olunan sürətli qatar marşrutlarının adlarını açıqlayıb.

Publika.az-ın məlumatına görə, yaxın illər üçün nəzərdə tutulan marşrutlar arasında Azərbaycanın adı öncül sırada dayanır.

Türkiyə Dəmiryolları İdarəsinin məlumatına görə, yaxın 1-2 ildə Ankara-Sivas sürətli qatar xəttinin tikintisi tam başa çatandan dərhal sonra Ərzincan-Qars xətti ilə Azərbaycana da sürətli gediş-gəliş mümkün olacaq.

Sürətli qatar üçün nəzərdə tutulan dəmiryol xətləri bir-biri ilə əlaqəli olmaqla, paytaxt Ankara şəhərindən Gaziantəp və Diyarbəkir bölgələrinə də uzadılacaq.

Bundan əlavə, 2015-ci ildə Türkiyə hökuməti tərəfindən sürətli qatar xətlərinin çəkilməsi üçün 3 milyard dollara yaxın vəsait ayrılması gözlənilir.

Proqram çərçivəsində 2015-ci ildə Türkiyədən Şimali İraqa da sürətli qatar xəttinin çəkilməsi işlərinə başlanması nəzərdə tutulur.

Xatırladaq ki, son 12 ildə Türkiyədə dəmir yolu xətlərinin çəkilməsi işinə investisiya yatırımları artıb. Belə ki, bu dövrdə dəmir yolları salınması üçün 13 milyard dollar investisiya yatırımları olub ki, bunun da nəticəsində 1759 kilometrlik yeni dəmir yolu xətləri istismara verilib.

Vasif Həsənli

Oxumağa davam et
Reklam
Reklam

Gündəm