İqtisadi gündəm
Əhalinin təmiz su ilə təminatına 5 milyon ayrıldı
Azərbaycan Respublikası Prezidenti İlham Əliyev Əhalinin təmiz su ilə təminatının yaxşılaşdırılması ilə bağlı Sərəncam imzalayıb.
Publika.az-ın “AzərTAc”a istinadən məlumatına görə, Sərəncamda
deyilir:
Ölkəmizdə əhalinin keyfiyyətli içməli su ilə təminatının yaxşılaşdırılması istiqamətində ardıcıl tədbirlər həyata keçirilir. 2007-2014-cü illərdə 20 rayonun 272 yaşayış məntəqəsində modul tipli sutəmizləyici qurğular quraşdırılıb, daha 48 yaşayış məntəqəsində belə qurğuların quraşdırılması işləri aparılır. Bununla da icra edilməkdə olan layihələr hesabına 320 yaşayış məntəqəsində modul tipli sutəmizləyici qurğular quraşdırılmaqla, keyfiyyətli içməli su ilə təmin edilmiş əhalinin sayı 500 mini ötəcək.
Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci
bəndini rəhbər tutaraq, əhalinin içməli su ilə təminatının
yaxşılaşdırılması istiqamətində görülən tədbirləri davam etdirmək
məqsədi ilə qərara alıram:
1. Kür və Araz çaylarının sularından, habelə digər su mənbələrindən
istifadə edən ölkə əhalisinin keyfiyyətli içməli su ilə təmin
edilməsi məqsədi ilə Ağsu, Füzuli, Göyçay, İmişli, Kürdəmir, Qax,
Sabirabad, Şəki, Ucar və Zaqatala rayonlarının 40 mindən çox
əhalisi olan 50 yaşayış məntəqəsində modul tipli sutəmizləyici
qurğuların quraşdırılması üçün 2015-ci il dövlət büdcəsində nəzərdə
tutulmuş Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan
Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyinə
5,0 (beş) milyon manat ayrılsın.
2. Azərbaycan Respublikasının Maliyyə Nazirliyi bu Sərəncamın 1-ci
hissəsində göstərilən məbləğdə maliyyələşməni müəyyən olunmuş
qaydada təmin etsin.
3. Azərbaycan Respublikasının Nazirlər Kabineti bu Sərəncamdan
irəli gələn məsələləri həll etsin.
-
Səhiyyə00:30
Xərçəng və ürək xəstəliklərindən qoruyan mutasiya KƏŞF EDİLDİ
-
Qoroskop00:05
Günün ULDUZ FALI: gününüz boz və maraqsız olacaq.
-
Səhiyyə2 May 21:48
Altı körpənin yanaraq ölməsində təqsirləndirilən xanıma yenidən VƏZİFƏ VERİLİR? - FOTO
-
Magazin22 May 21:00
Britni Spirs nəhayət ərindən BOŞANDI
-
Sosial2 May 20:36
Amin Musayev ilk dəfə əsir düşdüyü yerdə - VİDEO
-
Sosial2 May 19:00
Azərbaycanda ŞOK OLAY: kişi dostunun 14 yaşlı qızını qaçırdı, sonra...
-
Sosial2 May 18:36
Direktorla qadın müəllim arasında DAVA: müəllimin halı pisləşdi, təcili yardım gəldi - FOTO
-
Magazin12 May 18:12
Aygün Kazımova ilə çobanın söhbəti gündəm oldu - VİDEO