İqtisadi gündəm
Dünyanın düzəni dəyişir: Avropa ABŞ-a qarşı bu ölkələrlə birləşir
Avropa İttifaqı, Birləşmiş Krallıq və Kanada Hindistan və Çinlə ticarət əlaqələrini gücləndirərək bu gücü ABŞ-a qarşı istifadə etməyə çalışırlar.
Publika.az xəbər verir ki, bu barədə “Tsargrad” nəşrinin analitikləri yazıb.
Məlumata görə, yanvarın 27-də Hindistan və Avropa İttifaqı genişmiqyaslı ticarət sazişi üzrə danışıqları yekunlaşdırıblar. Sənəd ümumi əhalisi təxminən 2 milyard nəfər olan vahid bazarın formalaşdırılmasını nəzərdə tutur. Razılaşmaya əsasən, tərəflər qarşılıqlı tarifləri 2030-cu ilə qədər hazırkı 110 faizdən 10 faizə qədər mərhələli şəkildə azaltmağı planlaşdırırlar. Yeni Dehli vurğulayır ki, saziş təhlükəsizlik və terrorizmlə mübarizə də daxil olmaqla əməkdaşlığın yeni mərhələsini açır.
Eyni zamanda, London da Pekinlə yaxınlaşma xətti nümayiş etdirir. Böyük Britaniyanın Baş naziri Kir Starmer yanvarın sonlarında Çinə səfər edərək ABŞ, Avropa və ya Çin arasında seçim etməyəcəklərini bəyan edib. Səfərdə Böyük Britaniyanın aparıcı korporasiyalarının rəhbərləri də iştirak ediblər. Bundan əlavə, Britaniya hakimiyyəti Londonda Çin diplomatik kompleksinin tikintisinə icazə verib.
Kanada da oxşar mövqe tutur. ABŞ-ın sərt ritorikasına baxmayaraq, Hindistan və Çinlə ticarət əlaqələrini genişləndirməkdə davam edir.
“The Economist” jurnalı isə yazır ki, Yeni Dehli və Pekin ABŞ və Avropa arasında artan gərginlikdən öz mövqelərini gücləndirmək üçün istifadə edir, eyni zamanda Rusiya ilə strateji tərəfdaşlıqlarını qoruyurlar. Bu balanslı siyasət onlara açıq qarşıdurmadan yayınaraq taktiki üstünlüklər əldə etməyə imkan verir.
Adəm
-
Hadisə18:00Ölümlə nəticələnən kütləvi davada tanınmış idmançı da saxlanılıb - Foto
-
Avropa17:46Slavi Binevi öldürdülər: Türkiyə vətəndaşları saxlanıldı
-
Hadisə17:06Davada qətli törədənlərin kimliyi bilindi - Video
-
Magazin116:08Əməkdar artistə vəzifə verildi
-
Magazin214:00Məşhur qrup liderinin həyat yoldaşı axtarışa verildi - Foto
-
Ekologiya13:04Şimşək çaxacaq, yağış yağacaq - Hava proqnozu
-
İdman12:25Bakı daha bir mötəbər turnirə ev sahibliyi edir
-
ABŞ09:00ABŞ-dən İrana zərbə siqnalı: Bu həftəsonu hər şey dəyişə bilər








.jpg)


















.jpg)









