İqtisadi gündəm
Rusiya bankları çökür: Böhranın başladığı elan edildi
Rusiyada bank böhranı başlayıb.
Publika.az Rusiya mətbuatına istinadən xəbər verir ki, bu barədə Makroiqtisadi Təhlil və Qısamüddətli Proqnozlaşdırma Mərkəzinin (CMASF) yanvar ayı üçün hazırladığı hesabatda qeyd olunub.
Hesabatda bildirilir ki, aparıcı indikatorlar son beş ay ərzində yaxınlaşan bank böhranının siqnallarını göstərir. Hazırda eyni zamanda bank sektorunda vəziyyətin daha da pisləşməsinə səbəb ola biləcək “əmanətçilərin qaçışı” riskləri artmaqda davam edir.
Yenilənmiş erkən xəbərdarlıq sisteminin göstəricilərinə görə, 2026-cı ilin dekabr ayından əvvəl sistemli bank böhranının orta ehtimalı mövcuddur və eyni dövrdə iqtisadiyyatın tənəzzülə uğrama riski yüksək qiymətləndirilir.
Analitiklər sistemli likvidlik risklərinin 2026-cı ilin mart ayına qədər reallaşma ehtimalını yüksək, sistemli kredit və valyuta risklərinin isə ilin sonuna qədər aşağı qiymətləndirirlər.
Bank böhranının gizli forması intensiv restrukturizasiya yolu ilə problemli aktivlərin maskalanması və dövlətə məxsus bankların dominantlığı ilə izah olunur ki, bu da inzibati vasitələrlə panikanın qarşısını almağa imkan verir.
Hesabatda qeyd olunur ki, ötən ilin sonunda Mərkəzi Bank müvəqqəti çətinliklərlə üzləşən korporativ borcalanlar və fərdi sahibkarlara kreditlərin restrukturizasiyası ilə bağlı banklara verdiyi tövsiyələri altı ay müddətinə uzadıb.
Adəm
-
MDB09:19Peskov: "Yaxşı ki, cənab Zelenski əzəli rus dilini unutmayıb"
-
MDB08:12Bu adlar uşaqlara verilə bilməz - Rusiyada YENİ QADAĞA
-
Ekologiya07:17Bakıda 29 dərəcə isti olacaq - Proqnoz
-
Magazin206:16Coninin daha bir konserti təxirə salındı - FOTO
-
ABŞ05:15ABŞ bu ölkə ilə anlaşdı - Nağd dollar göndəriləcək
-
Avropa03:43Madyara bu dəfə yumurta atdılar - Hücum edən şəxs nəyə görə peşmandır?
-
İdman01:11Millətlər Liqası: İspaniya İngiltərəni səfərdə məğlub etdi
-
Qoroskop00:20Günün ULDUZ FALI - Sevgi həyatınız mükafatlandırıcı olacaq


































.jpg)
