İqtisadi gündəm
Bu ölkə Rusiya bazarını donuz əti ilə doldurub: Ruslar isə toyuq yeməyə başlayıblar
Braziliyadan Rusiyaya ixrac olunan donuz əti ötən illə müqayisədə yeddi dəfə bahalaşıb. Bahalaşmaya baxmayaraq, BRICS ölkəsindən bu ətin tədarükü də kəskin artıb.
Publika.az xəbər verir ki, "RİA Novosti" bu barədə yerli Statistika Xidmətinin məlumatlarına istinadən məlumat yayıb.
Hesabat dövründə Braziliya ixracatçılarının Rusiyaya bu növ ət satışından əldə etdiyi gəlir 1,7 milyon dollara (2 milyon 890 min manat) çatıb. Müqayisə üçün, bir il əvvəl bu rəqəm 246.500 dollar (420 min manat) təşkil edib. Beləliklə, bu dövrdə 1,45 milyon dollardan (2 milyon 465 min manat) çox artıb.
Buna baxmayaraq, Rusiya alış həcminə görə hələ də əsas Braziliya donuz əti idxalçılarından geri qalır. Məsələn, ilin əvvəlində Filippin ümumilikdə 75,2 milyon dollarla Latın Amerikası ölkəsindən bu növ ətin əsas alıcısı olub. Yaponiya (42,7 milyon dollar) və Honkonq (17,9 milyon dollar) da ilk üçlükdə yer alıb.
Daxili bazarda bu növ ətə tələbatın azalmasına baxmayaraq, Rusiyaya Braziliya donuz əti idxalının artması qeydə alınır. Donuz ətini bahalı hesab edən ruslar artıq toyuq ətinə üstünlük verməyə başlayıb. Bu baxımdan toyuq əti son zamanlar ruslar üçün daha məqbul bir seçim halına gəlib. "Neo konsaltinq" firmasının mütəxəssisi Albina Koryagin deyib ki, bu seçim dəyişikliyi donuz fermerlərinin gəlir əldə etməsinə böyük təhlükə yaradır.
Adəm
-
Magazin116:08Əməkdar artistə vəzifə verildi
-
Region15:50Ermənilər Paşinyana "ailəmiz sizə sitayiş edir" deyən qadını söyürlər
-
Region14:39Ermənistanda radikalları qəzəbləndirən olay: Andranikin mozaikası məktəbdən söküldü - Foto
-
ABŞ14:19Rubio kubalıları kəşfiyyat ilə əməkdaşlığa çağırdı: "Dəyişiklik vaxtıdır!"
-
Magazin214:00Məşhur qrup liderinin həyat yoldaşı axtarışa verildi - Foto
-
Ekologiya13:04Şimşək çaxacaq, yağış yağacaq - Hava proqnozu
-
İdman12:25Bakı daha bir mötəbər turnirə ev sahibliyi edir
-
ABŞ09:00ABŞ-dən İrana zərbə siqnalı: Bu həftəsonu hər şey dəyişə bilər







.jpg)











.jpg)








.jpg)










