Dünya
ABŞ-dan Ukraynaya dəstək mesajı: Vaşinqton yeni strategiyasını açıqladı
ABŞ Ukraynaya dəstəyin əsas istiqamətini müəyyənləşdirib. Vaşinqton hesab edir ki, Kiyevə cəbhə xəttini qorumaq üçün yardım göstərilməsi davamlı sülhün əldə olunmasına şərait yarada bilər.
Publika.az xəbər verir ki, bu barədə ABŞ müdafiə nazirinin siyasi məsələlər üzrə müavini Elbric Kolbi “X” sosial şəbəkəsindəki paylaşımında bildirib.
Onun sözlərinə görə, ABŞ və Avropa Ukraynanın müdafiə imkanlarının gücləndirilməsinə diqqət yetirməlidir.
“Biz hesab edirik ki, Avropanın rəhbərliyi altında Ukraynanın qəhrəmanlıqla davam etdirdiyi müdafiəyə dəstəyimizi cəbhə xəttini saxlamağa imkan verəcək istiqamətə yönəltməliyik. Dəstəyin ön cəbhədə müdafiəyə və bununla əlaqəli orta mənzilli zərbələrə cəmləşdirilməsi Ukraynanın dayanıqlı müdafiəsini gücləndirməyin və davamlı sülh üçün şərait yaratmağın ən effektiv yoludur”, - deyə Kolbi qeyd edib.
O bildirib ki, son bir həftə ərzində bu məsələ ilə bağlı artıq bir neçə müzakirə aparılıb. ABŞ dialoqun qarşılıqlı hörmət, aydınlıq və reallıq prinsipləri əsasında davam etdirilməsinə ümid edir.
Müəllif: Adəm
-
Elm və təhsil12:33Bu qadınlara yüksək vəzifə verildi - FOTO
-
Rəsmi xronika12:09İlham Əliyev Antonio Tayanini qəbul etdi
-
Kriminal12:0080 yaşlı məşhur “qanuni oğru” Rusiyada saxlanıldı - FOTO
-
Cənubi Qafqaz11:36Ermənistanın yeni konstitusiyasında kilsə ilə bağlı hansı yenilik edilib?
-
Hadisə11:00Ada Süleymanın öldüyü dəhşətli qəzanın görüntüləri - VİDEO
-
Dünya10:48"GTA"nın arxasındakı qadın: Milyardlıq oyun imperiyasının ilham mənbəyi kimdir?
-
İqtisadi gündəm10:18Bu şəxslərin bütün cərimələri silinəcək
-
Magazin109:36Vəfa Şərifova ailə qurdu: Villasında toy etdi - VİDEO


















.jpg)

















