İqtisadi gündəm
Kafelər və çatdırılma xidmətləri kütləvi şəkildə bağlanır: Bu səbəbdən
Kiçik kafelərin və çatdırılma xidmətlərinin kütləvi şəkildə bağlanması kirayə haqqı və vergilərlə deyil, istehlakçı tələbatının kəskin azalması ilə bağlıdır.
Publika.az "Riamo.ru"ya istinadən xəbər verir ki, bunu ekspert Aleksey Nejivoy bildirib.
O qeyd edib ki, Rusiya Mərkəzi Bankı istehlak tələbinin azalmasını "iqtisadiyyatın soyudulması" (inflyasiyanı cilovlamaq və iqtisadiyyatın "partlamasının" qarşısını almaq) adlandırır, amma əslində hipotermiya artıq baş verib.
Nejivoyun sözlərinə görə, bu vəziyyətdə istehlakçıların reaksiyası göz qabağındadır. İnsanlar pullarını gələcək üçün yığır, hər şeyə qənaət etməyə başlayır və büdcələrindən hər hansı əlavə xərcləri, o cümlədən hazır qidalara olan xərcləri çıxarmağa çalışırlar. Nəşrin müsahibi deyib ki, hətta vəziyyət o yerə çatıb ki, fast food restoranları bağlanmağa başlayıb.
Ekspert bu tendensiyanı narahatedici hesab edir. Nejivoy əlavə edib ki, bu, iqtisadiyyatda pul qıtlığının olduğunu, əmək haqqı borclarının artmağa başladığını göstərir.
Adəm
-
Ekologiya07:17Bakıda 29 dərəcə isti olacaq - Proqnoz
-
Magazin206:16Coninin daha bir konserti təxirə salındı - FOTO
-
ABŞ05:15ABŞ bu ölkə ilə anlaşdı - Nağd dollar göndəriləcək
-
Avropa03:43Madyara bu dəfə yumurta atdılar - Hücum edən şəxs nəyə görə peşmandır?
-
İdman01:11Millətlər Liqası: İspaniya İngiltərəni səfərdə məğlub etdi
-
Qoroskop00:20Günün ULDUZ FALI - Sevgi həyatınız mükafatlandırıcı olacaq
-
Kriminal26 Sentyabr 23:24Siqnala görə qonşuların mübahisəsi faciə ilə bitdi
-
Kriminal26 Sentyabr 22:12Naxçıvan sakini arvadını və baldızını bıçaqladı
























.jpg)








.jpg)
