İqtisadi gündəm
Minik avtomobillərinin ən baha olduğu ölkələr: Rusiyada 4 ildə qiymət bu qədər artıb
Dünyada yeni minik avtomobillərinin ən baha olduğu ölkələr açıqlanıb.
Publika.az xəbər verir ki, bununla bağlı “Avtostat” analitik agentliyinin rəhbəri Serqey Selikov "Telegram" kanalında məlumat verib.
Onun sözlərinə görə, yeni avtomobillər ən yüksək qiymətə Kanada bazarında satılır. Burada bir minik avtomobilinin orta qiyməti 62 min ABŞ dolları, yəni 105 min 400 manat təşkil edir.
İkinci yerdə Böyük Britaniya qərarlaşıb - burada orta qiymət 61 min dollar (təxminən 103 min 700 manat) səviyyəsindədir. İlk üçlüyü isə ABŞ tamamlayır. ABŞ-da yeni avtomobillərin orta qiyməti 52 min dollardır ki, bu da təxminən 88 min 400 Azərbaycan manatı deməkdir.
Sonrakı pillələrdə İsrail (50 min dollar - təxminən 85 000 manat) və Rusiya (45 min dollardan çox - 76 500 manatdan artıq) yer alır.
Ekspert qeyd edib ki, Rusiyada son dörd ildə yeni minik avtomobillərinin qiyməti 46 faiz artıb. Belə ki, orta qiymət 2,4 milyon rubldan (təxminən 53 min manat) 3,5 milyon rubla (təxminən 77 min manat) yüksəlib.
Onun fikrincə, Rusiyada avtomobillərin baha olmasının əsas səbəbi tarif siyasətidir. Kanada və ABŞ-da qiymətlərin yüksək olmasının səbəbi isə bazarda daha çox SUV və pikap modellərinin olmasıdır. Böyük Britaniyada yüksək qiymətlərə lüks avtomobillərin böyük payı və milli valyutanın yüksək məzənnəsi təsir göstərir. İsraildə isə vəziyyət əsasən yüksək idxal rüsumları ilə əlaqələdir.
Adəm
-
Region14:39Ermənistanda radikalları qəzəbləndirən olay: Andranikin mozaikası məktəbdən söküldü - Foto
-
ABŞ14:19Rubio kubalıları kəşfiyyat ilə əməkdaşlığa çağırdı: "Dəyişiklik vaxtıdır!"
-
Magazin214:00Məşhur qrup liderinin həyat yoldaşı axtarışa verildi - Foto
-
Ekologiya13:04Şimşək çaxacaq, yağış yağacaq - Hava proqnozu
-
İdman12:25Bakı daha bir mötəbər turnirə ev sahibliyi edir
-
ABŞ09:00ABŞ-dən İrana zərbə siqnalı: Bu həftəsonu hər şey dəyişə bilər
-
ABŞ06:46Pentaqondan daha bir UNO hesabatı: Sirli obyektin detalları açıqlandı
-
Qoroskop01:20Günün ulduz falı: sürprizlərə hazır olun!







.jpg)







.jpg)





















