İqtisadi gündəm
Manatın məzənnəsi ilə bağlı mühüm proqnoz
Azərbaycan Mərkəzi Bankının 2026-cı ildə ehtiyatlı pul siyasəti kursunu davam etdirəcəyi və manatın məzənnəsini sabit saxlayacağı gözlənilir.
Publika.az APA-ya istinadla xəbər verir ki, bu barədə “Fitch Solutions”un Azərbaycanla bağlı yaydığı proqnozda bildirilib.
Qurumun qiymətləndirməsinə görə, 2026-cı ilin sonuna inflyasiya 5,0%-ə enəcək. Bu göstərici 2025-ci ildə qeydə alınmış 5,6%-lə müqayisədə aşağıdır və Mərkəzi Bankın 2–6% hədəf intervalına uyğun gəlir.
Bununla belə, hesabatda qeyd olunub ki, geosiyasi gərginliklər və təchizat zəncirində pozuntular inflyasiya üzrə riskləri yuxarı istiqamətdə saxlayır. Xüsusilə Rusiyaya qarşı sanksiyaların ərzaq ixracına təsiri Azərbaycana da dolayı yolla təsir edə bilər. Bildirilir ki, Azərbaycan taxıl, süd məhsulları və ətin 20–30%-ni Rusiyadan idxal etdiyindən nəqliyyat və əməliyyat xərclərinin artımına həssasdır.
“Fitch Solutions” hesab edir ki, bu şəraitdə Mərkəzi Bank ehtiyatlı mövqeyini qoruyacaq və əsas uçot dərəcəsini hazırkı 6,50%-dən 2026-cı ilin sonunadək tədricən 6,00%-ə endirəcək.
Hesabatda vurğulanıb ki, məzənnə siyasəti sərt idarə olunan qalacaq. Manatın ABŞ dollarına qarşı məzənnəsi 1,70 AZN səviyyəsində saxlanılacağı proqnozlaşdırılır. Bu isə hökumətin valyuta sabitliyinə uzunmüddətli sadiqliyini əks etdirir.
-
Hadisə13:27Ada Süleymanla birgə həlak olan sürücü onun nəyidir?
-
Elm və təhsil12:33Bu qadınlara yüksək vəzifə verildi - FOTO
-
Rəsmi xronika12:09İlham Əliyev Antonio Tayanini qəbul etdi
-
Kriminal12:0080 yaşlı məşhur “qanuni oğru” Rusiyada saxlanıldı - FOTO
-
Cənubi Qafqaz11:36Ermənistanın yeni konstitusiyasında kilsə ilə bağlı hansı yenilik edilib?
-
Hadisə11:00Ada Süleymanın öldüyü dəhşətli qəzanın görüntüləri - VİDEO
-
Dünya10:48"GTA"nın arxasındakı qadın: Milyardlıq oyun imperiyasının ilham mənbəyi kimdir?
-
İqtisadi gündəm10:18Bu şəxslərin bütün cərimələri silinəcək






.jpg)
































