İqtisadi gündəm
Unun qiymətində artım oldu: çörək də bahalaşacaq? - Foto
Son bir ay ərzində Azərbaycanda 50 kiloluq un kisələrinin topdansatış qiymətlərində müəyyən dəyişikliklər müşahidə olunub. “Anadoluqida” MMC və “AVETA” MMC qiymətlərini kiçik bir artımla 27.7 manatdan 27.8 manata yüksəldib, eyni zamanda, bir sıra digər şirkətlər də unun topdansatış qiymətlərinə 10 qəpik əlavə edib. Maraqlıdır ki, “Qarabağ un” MMC qiymətində kiçik azalma edib, “Avrora” MMC-də isə artım olub.
Dövlət Statistika Komitəsinin məlumatına görə, Azərbaycanda unun pərakəndə satış qiyməti hər kiloqram üzrə 2026-cı ilin yanvarında yerli istehsal üzrə illik 0.3% artaraq 1.29 manat, xarici istehsal isə 4.23% artaraq 1.78 manat olub.
Unun qiymətindəki artım çörəyin bahalaşmasına səbəb olacaqmı?
Publika.az xəbər verir ki, bu barədə Globalinfo.az-a İqtisadi Resursların Öyrənilməsi Mərkəzinin sədri, iqtisadiyyat üzrə fəlsəfə doktoru Ruslan Atakişiyev danışıb. O deyib ki, Azərbaycanda çörək satışında müxtəlif növ məhsullar istehlakçılara təqdim olunur:
“Hər bir alıcı öz zövqünə uyğun seçim edə bilir. Bazarda yüksək qiymətli çörəklər mövcuddur ki, onların da alıcıları var. Ən ucuz çörəklər də var və əsasən əhalinin həssas təbəqəsi bu məhsullardan yararlanır”.
İqtisadçının sözlərinə görə, cüzi qiymət artımları adətən çörəyin ən aşağı kateqoriyasına təsir göstərir:
“Lakin məsələ dövlətin nəzarətindədir. Bu səbəbdən də hər hansı istehsalçı va xaricdən un gətirənlər məsələyə həssas yanaşırlar. İstehsalçılar və satış şəbəkələri qiymət artımlarına tərəddüd edir və qiymətlərin digər çörək növlərinə təsirini diqqətlə izləyirlər”.
Bununla belə, iqtisadçılar yaxın perspektivdə çörəyin bahalaşacağını istisna edirlər.
-
Hadisə13:27Ada Süleymanla birgə həlak olan sürücü onun nəyidir?
-
Elm və təhsil12:33Bu qadınlara yüksək vəzifə verildi - FOTO
-
Rəsmi xronika12:09İlham Əliyev Antonio Tayanini qəbul etdi
-
Kriminal12:0080 yaşlı məşhur “qanuni oğru” Rusiyada saxlanıldı - FOTO
-
Cənubi Qafqaz11:36Ermənistanın yeni konstitusiyasında kilsə ilə bağlı hansı yenilik edilib?
-
Hadisə11:00Ada Süleymanın öldüyü dəhşətli qəzanın görüntüləri - VİDEO
-
Dünya10:48"GTA"nın arxasındakı qadın: Milyardlıq oyun imperiyasının ilham mənbəyi kimdir?
-
İqtisadi gündəm10:18Bu şəxslərin bütün cərimələri silinəcək






.jpg)
































