İqtisadi gündəm
Bu dövlət qurumu 32 avtomobilin servisinə 5,4 milyon manat ayırdı
Ağdam, Füzuli və Xocavənd rayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidməti altı ay ərzində 32 nəqliyyat vasitəsinə servis xidmətinin göstərilməsi üçün ümumilikdə 5 milyon 413 min 57,34 manat vəsait xərcləyib.
Publika.az xəbər verir ki, Xidmət "Diamond Motors MMC" və "Toyota Abşeron Center" MMC ilə müqavilələr bağlayıb.
Belə ki, “Diamond Motors” MMC 4 ədəd “Pajero Sport”, 14 ədəd “Outlander” və 7 ədəd L-200 markalı nəqliyyat vasitəsinə istehsalçının zəmanət müddətində servis xidməti göstərəcək. Şirkətlə bağlanmış müqavilənin dəyəri 5 milyon 398 min 464 manat təşkil edir.
“Toyota Abşeron Center” MMC isə 1 ədəd “Toyota Prado”, 1 ədəd “Toyota RAV4”, 1 ədəd “Toyota Hilux Pickup” və 4 ədəd “Toyota Corolla” markalı avtomobilə servis xidməti göstərəcək. Bu müqavilənin dəyəri 14 min 593,34 manatdır.
Qeyd edək ki, “Diamond Motors” MMC 2006-cı ildə dövlət qeydiyyatına alınıb. Nizamnamə kapitalı 200 manat olan şirkətin qanuni təmsilçisi Rəşad Əliyevdir.
Nizamnamə kapitalı 100 min manat olan “Toyota Abşeron Center” MMC isə 2015-ci ildə qeydiyyata alınıb. Şirkətin qanuni təmsilçisi Fərid Hüseynovdur.
-
Region14:39Ermənistanda radikalları qəzəbləndirən olay: Andranikin mozaikası məktəbdən söküldü - Foto
-
ABŞ14:19Rubio kubalıları kəşfiyyat ilə əməkdaşlığa çağırdı: "Dəyişiklik vaxtıdır!"
-
Magazin214:00Məşhur qrup liderinin həyat yoldaşı axtarışa verildi - Foto
-
ABŞ13:30Ruslar ABŞ PUA-larını vurdular
-
Ekologiya13:04Şimşək çaxacaq, yağış yağacaq - Hava proqnozu
-
İdman12:25Bakı daha bir mötəbər turnirə ev sahibliyi edir
-
ABŞ09:00ABŞ-dən İrana zərbə siqnalı: Bu həftəsonu hər şey dəyişə bilər
-
ABŞ06:46Pentaqondan daha bir UNO hesabatı: Sirli obyektin detalları açıqlandı







.jpg)







.jpg)












.jpg)









