İqtisadi gündəm
Yumurta liderləri - 10-luqda Türkiyə və Pakistan da var
Rusiya qlobal yumurta istehsalçılarından birinə çevrilib. Ölkə 2024-cü ildə dünyanın əsas yumurta istehsalçıları arasında yeddinci yerdə qərarlaşıb.
Publika.az xəbər verir ki, bu barədə RİA Novosti agentliyi məlumat yayıb. Nəşr BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının (FAO) məlumatlarına istinad edib.
İctmaiyyətə açıq olan son mövcud məlumatlara görə, 2024-cü ildə qlobal yumurta istehsalı 1,78 trilyona çatıb ki, bu da adambaşına orta hesabla 214 yumurta edir.
Konkret olaraq hazırda müharibə şəraitində olan Rusiyaya gəldikdə isə, bu ölkədə 46,4 milyard yumurta istehsal olunub ki, bu da qlobal ümumi istehsalın 2,6%-ni təşkil edir. Ölkədə adambaşına düşən yumurta istehsalı 317 ədəd təşkil edib.
Çin 617,1 milyard yumurta və ya qlobal istehsalın 34,8%-i ilə dünyada bu sahədə liderlik edib. İlk beşliyə həmçinin 8,3% payla Hindistan, 8,2% ilə İndoneziya, 6,1% ilə ABŞ və 3,7% ilə Braziliya daxil olub.
Rusiyadan əlavə, ilk 10-luğa 3,5% payla Meksika, 2,3% ilə Yaponiya, 1,4% ilə Pakistan və 1,2% ilə Türkiyə də daxildir.
Tural
-
Region14:39Ermənistanda radikalları qəzəbləndirən olay: Andranikin mozaikası məktəbdən söküldü - Foto
-
ABŞ14:19Rubio kubalıları kəşfiyyat ilə əməkdaşlığa çağırdı: "Dəyişiklik vaxtıdır!"
-
Magazin214:00Məşhur qrup liderinin həyat yoldaşı axtarışa verildi - Foto
-
Ekologiya13:04Şimşək çaxacaq, yağış yağacaq - Hava proqnozu
-
İdman12:25Bakı daha bir mötəbər turnirə ev sahibliyi edir
-
ABŞ09:00ABŞ-dən İrana zərbə siqnalı: Bu həftəsonu hər şey dəyişə bilər
-
ABŞ06:46Pentaqondan daha bir UNO hesabatı: Sirli obyektin detalları açıqlandı
-
Qoroskop01:20Günün ulduz falı: sürprizlərə hazır olun!







.jpg)







.jpg)





















