İqtisadi gündəm
Paytaxtın mərkəzində minlərlə ev söküləcək - Video
Hazırda paytaxt Bakı şəhərində bir neçə istiqamətdə söküntü işləri aparılır. Bəzi ərazilərdə söküntülər özəl tikinti şirkətləri tərəfindən həyata keçirilir ki, bu da qəzalı vəziyyətdə olan köhnə çoxmənzilli yaşayış binalarının və fərdi yaşayış evlərinin sökülməsini əhatə edir.
Hazırda isə Yasamal rayonunun "Sovetski" adlanan ərazisində söküntü işləri dövlət tərəfindən aparılır. Bu ərazilər dövlət ehtiyacları üçün alınır və yaxın gələcəkdə burada böyük parkların salınması planlaşdırılır.
Publika.az AzTV-yə istinadən bildirir ki, "Sovetski" adlanan ərazidə ilin sonunadək 4 200-dən çox mənzilin sökülməsi nəzərdə tutulur. Dövlət layihəsinə əsasən, indiyədək "Sovetski"də 600 mənzil tam, 850-yə yaxın mənzil isə qismən sökülüb. Məqsəd Bakını müasir görkəmdə, daha avanqard və rahat şəhərə çevirməkdir.
Yenidənqurma işləri aparılan ərazilərdə mədəniyyət abidələrinin və dövlət əhəmiyyətli tikililərin sökülməsi nəzərdə tutulmayıb. Yəni müasirliklə tarix vəhdət təşkil edəcək. Bu isə dövlətin mədəni irsə həssas yanaşmasının bariz nümunəsidir.
Söküntü işləri paytaxtın tarixi binalarını qorumaqla yanaşı, yaşıllıq ərazilərinin genişləndirilməsinə yönəlib. Necə ki, illər əvvəl Mərkəzi park da eyni məqsədlə salınıb.
Beləliklə, şəhərin mərkəzində həm ekoloji mühit yaxşılaşacaq, həm də sakinlərin asudə vaxtlarının daha rahat təşkili təmin olunacaq. Nəticədə paytaxt Bakı daha insanyönümlü şəhərə çevriləcək.
Sakinlərin sözlərinə görə, hazırda ərazidə hava bir qədər küləklidir və insan azdır. Lakin yay aylarında burada sıxlıq yaşanır:
"İndi hava bir az küləklidir, adam azdır. Amma yayda burada tərpənmək olmur. Ərazi nə qədər böyük olsa, bir o qədər yaxşı olar, inşallah".
Digər sakin isə qeyd edib:
"Bura insanların istirahət üçün seçdiyi məkandır. Xüsusilə həftəsonları daha da abadlaşdırılsa, çox gözəl olar".
-
Region14:39Ermənistanda radikalları qəzəbləndirən olay: Andranikin mozaikası məktəbdən söküldü - Foto
-
ABŞ14:19Rubio kubalıları kəşfiyyat ilə əməkdaşlığa çağırdı: "Dəyişiklik vaxtıdır!"
-
Magazin214:00Məşhur qrup liderinin həyat yoldaşı axtarışa verildi - Foto
-
ABŞ13:30Ruslar ABŞ PUA-larını vurdular
-
Ekologiya13:04Şimşək çaxacaq, yağış yağacaq - Hava proqnozu
-
İdman12:25Bakı daha bir mötəbər turnirə ev sahibliyi edir
-
ABŞ09:00ABŞ-dən İrana zərbə siqnalı: Bu həftəsonu hər şey dəyişə bilər
-
ABŞ06:46Pentaqondan daha bir UNO hesabatı: Sirli obyektin detalları açıqlandı







.jpg)







.jpg)












.jpg)









