İqtisadi gündəm
Azərbaycanda sirli kompüter istehsalı: Müəmmalı fərqin səbəbi bəlli oldu
Azərbaycanda stolüstü kompüter istehsalı ilə bağlı rəsmi statistik göstəricilər diqqət çəkən ziddiyyət ortaya qoyur.
Publika.az Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, 2025-ci ilin yanvar-avqust aylarında ölkədə 2365 ədəd stolüstü kompüter istehsal edilib. Bu, 2024-cü ilin eyni dövrü ilə müqayisədə təxminən 40 dəfədən çox artım deməkdir.
Lakin 2026-cı ilin ilk rəsmi göstəriciləri fərqli mənzərə yaradır. Komitənin açıqladığı məlumata əsasən, 2026-cı ilin yanvar ayında cəmi 20 ədəd stolüstü kompüter istehsal olunub. Bu isə ötən ilin eyni ayı ilə müqayisədə 92,3 faiz azalma deməkdir.
Belə kəskin artım və ardınca ciddi azalma sənaye istehsalı üçün qeyri-adi dinamika hesab olunur. Adətən istehsal sahəsində artım mərhələli və davamlı xarakter daşıyır. Bir il ərzində onlarla dəfə artım, növbəti il isə 90 faizdən çox azalma sual doğurur.
Məsələ burasındadır ki, “istehsal” anlayışının özü də dəqiqləşdirilməlidir. Söhbət tam istehsal prosesindən, yoxsa idxal olunan komponentlərin yığılmasından gedir? Statistikada müvəqqəti sifarişlər, dövlət layihələri və ya konkret tenderlər nəticəsində yaranan birdəfəlik həcm artımı əksini tapmış ola bilərmi?
Digər ehtimal isə ondan ibarətdir ki, 2025-ci ildə qeydə alınan yüksək göstərici bazanın aşağı olması ilə bağlı olub və nəticədə faiz ifadəsində kəskin artım yaranıb. 2026-cı ildə isə həmin müvəqqəti faktorların aradan qalxması istehsalın kəskin azalması kimi statistikaya düşüb.
Hazırkı rəqəmlər ölkədə kompüter sənayesinin real vəziyyəti, istehsalın davamlılığı və struktur dayanıqlığı ilə bağlı əlavə izahata ehtiyac yaradır.

Mövzu ilə bağlı Publika.az-a danışan iqtisadiyyat üzrə ekspert Razi Abasbəyli bəzi nüanslara aydınlıq gətirdi.
O qeyd etdi ki, 2025-ci ildə Azərbaycanda stolüstü kompüter istehsalında qeydə alınan artım əsasən dövlət proqramı çərçivəsində həyata keçirilən sifarişlərlə bağlı olub. Həmin dövrdə dövlət qurumları üçün kütləvi şəkildə stolüstü kompüterlərin alınması nəzərdə tutulduğundan, istehsal statistikası müvəqqəti olaraq yüksəlib.
Ekspert bildirdi ki, statistikada bu göstəricilər yerli istehsal kimi təqdim olunsa da, əslində Azərbaycanda kompüterlərin əsas texniki komponentləri - ana platalar, yaddaş qurğuları və çiplər - istehsal olunmur. Onun sözlərinə görə, dövlət sifarişlərinin icrası məqsədilə kompüter hissələri ölkəyə idxal edilərək burada yığılır və hazır məhsul kimi təqdim olunur ki, bu da rəsmi statistikada istehsal kimi qeydə alınır.
R. Abasbəyli qeyd etdi ki, dövlət proqramının icrası başa çatmaq üzrə olduğundan növbəti illərdə istehsal göstəricilərinin azalması gözlənilən və təbii tendensiyadır. Çünki Azərbaycanın daxili bazarında stolüstü kompüterlərə tələb yüksək deyil, bazarda daha çox noutbuk və digər daşına bilən kompüterlərə üstünlük verilir.
Ekspertin sözlərinə görə, 2026-cı ilin yanvar ayında istehsalın 92 faizdən çox azalması da məhz bu amillərlə bağlıdır. O vurğuladı ki, rəsmi statistika metodologiyasına əsasən, istehsal olunmuş məhsullar sifarişçiyə təhvil verilmədikdə və ya anbarlarda qaldıqda göstəricilər çox aşağı, hətta sıfır səviyyəsində də görünə bilər:
"Azərbaycanda büdcə xərclərinin əsas hissəsi adətən ilin ikinci və dördüncü rüblərində aktivləşdiyindən, yanvar ayı dövlət satınalmalarının zəif olduğu dövr hesab olunur. İlin növbəti rüblərində əvvəlki ildən qalan dövlət sifarişlərinin icrası nəticəsində statistikada müəyyən artım müşahidə oluna bilər. Əvvəlki illərdə ölkədə kompüter istehsalı çox aşağı səviyyədə - 200, 700 və ya 800 ədəd civarında olub. Belə aşağı baza fonunda iri dövlət proqramı icra edilən zaman istehsalın 2000-5000 ədədə qədər yüksəlməsi statistikada 80-90 faizlik artım kimi görünür".
R. Abasbəyli yekunda vurğuladı ki, Azərbaycanda kompüter istehsalındakı artım bazarın real həcmi ilə müqayisədə çox kiçikdir və idxal olunan kompüter və avadanlıqların payı ilə müqayisədə adekvat hesab edilə bilməz.
Adəm Abbaslı
-
Nida Xəbər 15:52Zakir Həsənov polkovniki vəzifəsindən azad etdi
-
İdman15:16Xanım jurnalist "Qarabağ"ın oyununda niyə ayaqyalın olub? - Foto
-
Magazin114:40Vəfat etdiyi gün bacısı qızı Roza Cəlilovanın evini soydu
-
Nida Xəbər 13:14Ramiz Mehdiyevlə bağlı iclas: Alimlər hamısı yatır - FOTO
-
İqtisadi gündəm12:42Şad xəbər: Azərbaycanda minimum əməkhaqqı artırılacaq
-
Dünya12:12Ukrayna Rusiyanın bu obyektini vurub, bəs ABŞ niyə nota verib? - Sensasion fakt açıqlandı
-
Nida Xəbər 11:43Baş nazir ona yüksək vəzifə verdi - FOTO
-
Nida Xəbər 11:25Leyla Əliyeva Qubada iftar məclisində iştirak etdi - FOTO














.png)



















.jpg)


