İqtisadi gündəm
İranın bu məhsulu Azərbaycan bazarını tutub: Kütləvi şəkildə alınır - Təhlükəlidir?
Ötən ilin dekabr ayının statistikasına görə, Azərbaycana 121 milyon 60.42 min dollar dəyərində 16 763.73 ton kərə yağı idxal olunub, ölkədən isə 26 milyon 322.88 min dollar dəyərində 3 779.17 ton məhsul ixrac edilib. İxracın əsas hissəsi Rusiyaya (23 milyon 998.76 min dollar, 3 437 ton) yönəlib. İdxalda lider mövqedə isə İran dayanır. Bu ölkədən 42 milyon 117.27 min dollar dəyərində 6 994.56 ton kərə yağı alınıb.
Ekspertlər İran məhsullarının idxalda üstün mövqeyə çıxmasının səbəbləri, qiymət fərqləri və keyfiyyət məsələləri ilə bağlı müxtəlif yanaşmaların olduğunu bildirirlər.
Mövzu ilə bağlı Publika.az-a danışan qida məsələləri üzrə mütəxəssis Ağa Salamov hesab edir ki, İrandan idxal olunan kərə yağlarının daxili bazarda daha ucuz təklif edilməsinin bir neçə iqtisadi səbəbi var:
"Əsas amillərdən biri valyuta məzənnəsidir. İran realının zəif olması ixrac məhsullarını xarici bazarlar üçün daha əlçatan edir və bu da qiymət üstünlüyü yaradır. Eyni zamanda, İranda süd və süd məhsulları sektoruna tətbiq olunan dövlət subsidiyaları istehsalın maya dəyərini azaldır. İran və Azərbaycanın sərhəd ölkələr olması isə logistika xərclərini aşağı salaraq son qiymətə müsbət təsir göstərir".

Ekspert qeyd edib ki, məhsulun qiyməti onun keyfiyyəti barədə birmənalı fikir formalaşdırmamalıdır:
"Azərbaycana idxal edilən bütün heyvan mənşəli məhsullar, o cümlədən kərə yağları Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi (AQTA) tərəfindən ciddi nəzarətə götürülür. Uyğunsuzluq aşkar edilərsə, məhsul geri qaytarılır, satışdan çıxarılır və ya məhv edilir. Bundan əlavə, daxili bazarda da planlı və plandankənar monitorinqlər aparılır".
Ağa Salamov istehlakçıların da diqqətli olmasının vacibliyini vurğulayıb.
"Məhsulun üzərində “inək südündən pasterizə olunmuş kərə yağı” və ya “süd yağı” qeyd olunmalı, süd yağının miqdarı isə adətən 82,5% təşkil etməlidir. Əgər tərkibdə bitki yağı, palma yağı və ya qarışıq yağ göstərilirsə, bu məhsul klassik kərə yağı hesab olunmur", - deyə mütəxəssis bildirib.
Ekspertin qənaətincə, əsas meyar məhsulun hansı ölkədən idxal edilməsi deyil, onun normativ sənədlərə uyğunluğu və laborator təsdiqidir:
"Qiymət fərqi hər zaman keyfiyyətin aşağı olması demək deyil. Həlledici amil effektiv dövlət nəzarəti və istehlakçı maarifləndirilməsidir".

Publika.az mövzu ilə bağlı Azad İstehlakçılar Birliyinə də müraciət edib. Sualları Birliyin sədri Eyyub Hüseynov cavablandırıb.
"Azərbaycanda kərə yağına tələbat daim artmaqda, dünya bazarında isə qiymətlər yüksəlməkdədir. Ölkədə son bir ildən artıqdır ki, süd qıtlığı mövcuddur. Bunun əsas səbəblərindən biri iribuynuzlu heyvanlar arasında yayılan dabaq xəstəliyidir", - deyə Hüseynov vurğulayıb.
Belə bir şəraitdə əmtəə bazarına İran kərə yağlarının daxil olduğunu qeyd edən sədr deyib:
"Birliyə bu məhsullarla bağlı şikayət daxil olmayıb, yalnız keyfiyyət barədə məlumat almaq üçün zənglər edilib. Ölkəyə daxil olan bütün yağlar, o cümlədən İran istehsalı olan yağlar da, Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi (AQTA) tərəfindən nəzarət altındadır. AQTA məhsulların təhlükəsizliyinə, Azad İstehlakçılar Birliyi isə keyfiyyətinə diqqət edir".
E.Hüseynov sonda əlavə edib ki, ümumilikdə məlum kərə yağı məhsullarının hamısının yaxşı olduğunu demək olmaz.
Adəm Abbaslı
-
Magazin115:40“Məni Xoşqədəmin əlindən alın” – Səidədən kömək istəyən qadın kimdir - VİDEO
-
İdman14:52"Qarabağ"ın qapıçısı özünü İngiltərə klublarına təklif etdi
-
Region12:40Təsdiqləndi: ABŞ-ın Xamenei ilə bağlı planı belədir
-
İdman12:15Nəriman "Kolambus Kryu"nun düşərgəsinə nə vaxt qoşulacaq? - ABŞ-dan proqram göndərilib - Açıqlama
-
Dünya11:37ABŞ onları müharibəyə hazırlayır: Hədəfdə Türkiyədir
-
Köşə11:18Alim yatanda...
-
Dünya11:06MKİ İrandakı adamlarına farsca müraciət etdi: "Qaranlıq şəbəkə" vasitəsilə...
-
Nida Xəbər 10:42Orxan Məmmədliyə yüksək vəzifə verildi

































.jpg)




