İqtisadi gündəm
Azərbaycanda bu məhsullar bahalaşacaq
İranda baş verənlər Azərbaycana idxal olunan malların qiymətlərinə təsir göstərə bilər.
Publika.az xəbər verir ki, bunu Milli.Az-a açıqlamasında iqtisadçı ekspert Akif Nəsirli deyib.
O bildirib ki, İran Azərbaycan üçün mühüm ticarət tərəfdaşlarından biridir və bir çox kənd təsərrüfatı məhsulları, tikinti materialları və müxtəlif istehlak malları bu ölkədən idxal olunur.
"Müharibə zamanı sərhədlərin bağlanması və ya daşımaların çətinləşməsi malların təklifini azalda bilər ki, bu da qiymət artımına səbəb olar. Bundan əlavə, nəqliyyat xərcləri arta bilər. Alternativ marşrutlardan istifadə daha baha başa gəldiyi üçün idxalın maya dəyəri yüksələ bilər. Əgər müharibə enerji bazarına da təsir etsə və neftin dünya bazar qiyməti artsa, yanacaq bahalaşar və bu da demək olar ki, bütün məhsulların qiymətinə təsir edər".
Ekspert qeyd edib ki, eyni zamanda regionda qeyri-müəyyənlik valyuta bazarına da təsir göstərə bilər.
"Bu da idxal mallarının qiymətinin artmasına gətirib çıxara bilər. Təsirin nə qədər olacağı isə müharibənin miqyasından və nə qədər davam edəcəyindən asılıdır", - deyə o qeyd edib.
-
Elm və təhsil12:33Bu qadınlara yüksək vəzifə verildi - FOTO
-
Rəsmi xronika12:09İlham Əliyev Antonio Tayanini qəbul etdi
-
Kriminal12:0080 yaşlı məşhur “qanuni oğru” Rusiyada saxlanıldı - FOTO
-
Cənubi Qafqaz11:36Ermənistanın yeni konstitusiyasında kilsə ilə bağlı hansı yenilik edilib?
-
Hadisə11:00Ada Süleymanın öldüyü dəhşətli qəzanın görüntüləri - VİDEO
-
Dünya10:48"GTA"nın arxasındakı qadın: Milyardlıq oyun imperiyasının ilham mənbəyi kimdir?
-
İqtisadi gündəm10:18Bu şəxslərin bütün cərimələri silinəcək
-
Magazin109:36Vəfa Şərifova ailə qurdu: Villasında toy etdi - VİDEO






.jpg)































