İqtisadi gündəm
“Brent” markalı xam neft kəskin bahalaşdı
Londonun ICE birjasında cari ilin may ayında çatdırılmaqla "Brent" markalı neftin fyuçersinin qiyməti 2024-cü il iyulun 12-dən bəri ilk dəfə hər barel üçün 86 dolları ötüb.
Publika.az xəbər verir ki, bu barədə ticarət sessiyasının məlumatlarında deyilir.
Bakı vaxtı ilə saat 00:03-ə olan məlumata görə, "Brent"in qiyməti 5,85% artaraq bir barel üçün 86,16 dollara çatıb. Lakin artıq saat 00:08-də göstəricilər bir barel üçün 85,61 dollara (+5,17%) qədər enib. Eyni zamanda, 2026-cı ilin aprelində çatdırılmaqla "WTI" markalı neftin fyuçersi 8,84% bahalaşaraq bir barel üçün 81,26 dollar təşkil edib.
Yaxın Şərqdəki gərginlik növbəti dəfə dünya xammal bazarlarının əsas hərəkətverici qüvvəsinə çevrilib. Hörmüz boğazının blokadaya alınması riskləri neft qiymətlərində kəskin sıçrayışa səbəb olub: bir gün ərzində "Brent" markalı neft 7–13% bahalaşaraq son 14 ayın maksimumuna çatıb.
Hüseyn İbadlı
-
ABŞ06:46Pentaqondan daha bir UNO hesabatı: Sirli obyektin detalları açıqlandı
-
Qoroskop01:20Günün ulduz falı: sürprizlərə hazır olun!
-
Nida Xəbər 23 Oktyabr 23:35Suriyalıların girovuna çevrilən Türkiyə və seçki ambisiyaları - DETALLAR
-
Hadisə23 Oktyabr 21:39Qara dənizdə vurulan gəmidəki azərbaycanlılar otelə yerləşdirildi - Foto
-
Dünya23 Oktyabr 21:13Rusiya və Ukrayna razılığa gəldi - Bu tarixdə Xersonda atəşkəs başlayacaq
-
Nida Xəbər 23 Oktyabr 20:24Azərbaycan səfiri Dövlət Baxçalı ilə görüşdü
-
Hadisə23 Oktyabr 19:00Qara dənizdə vurulan gəmidəki azərbaycanlılarla bağlı - XİN-dən açıqlama
-
Hadisə23 Oktyabr 17:56Vurulan gəmidə sağ qalan azərbaycanlılar - Adlar






.jpg)




.jpg)


.jpg)























