İqtisadi gündəm
Azərbaycan İrandan yüklərin girişini qadağan etdi: Qiymətlər artacaq?
Məlum olduğu kimi, İranın Naxçıvan Beynəlxalq Hava Limanına hücumundan sonra Azərbaycan Respublikasının Baş naziri İran sərhədindən yük maşınlarının ölkəyə girişini tam məhdudlaşdıran fərman imzalayıb. Bu qərarın Azərbaycan iqtisadiyyatına və istehlak bazarına ciddi təsiri olacaqmı? Regiondakı geosiyasi gərginliyin iqtisadi nəticələri necə hiss olunacaq?
Publika.az bu və ya digər suallarla iqtisadçı-ekspert Rəşad Həsənova müraciət etdi.
İqtisadçı bildirdi ki, ABŞ-İsrail-İran müharibəsinin Azərbaycan iqtisadiyyatına, o cümlədən istehlak bazarına qiymətlərə təsiri əvvəlcədən proqnozlaşdırılırdı. Lakin bu proqnozlaşdırmalar zamanı biz daha çox iqtisadi faktorları nəzərə alırdıq: İran daxilində istehsalat prosesinin pozulması, tədarük zəncirində fasilələrin yaranması, İran hökumətinin bir sıra zəruri məhsulların ixracına məhdudiyyətlər tətbiq etməsi və s. amillər.
Həsənov vurğuladı ki, son baş verən hadisələr fonunda yeni bir konyunktur ortaya çıxdı və həlledici amil burada siyasi faktordur.
O əlavə etdi ki, yük maşınlarının hərəkətinin dayandırılması artıq Azərbaycan bazarında İran mənşəli məhsulların təchizat zəncirinin pozulması və dolayısı ilə də ilkin olaraq psixoloji faktorların təsiri fonunda İran mənşəli məhsulların qiymətlərini ciddi şəkildə bahalaşması üçün bir mühit, bir konyunktur formalaşdırır.
O, həmçinin qeyd etdi ki, İran mənşəli məhsullar daha çox qiymət aspektindən Azərbaycan bazarında və aşağı, aşağı orta gəlirli sosial qrupların istehlakında üstünlük təşkil edirdi: “Bu sosial qrupların alıcılıq gücü çox da yüksək deyil və qiymət artımları təbii ki, müvafiq sosial qrupların alıcılıq gücünü təzyiq altına salacaq”.

Rəşad Həsənov bildirdi ki, İrandan il ərizində orta hesabla Azərbaycana 600 milyon avro dəyərində məhsullar idxal olunur. Bu isə aylıq təxminən 50 milyon avro və ya 85 milyon manat məbləğində məhsulun idxalı deməkdir.
Həsənov əlavə etdi ki, İrandan əsasən Azərbaycana qida məhsulları, yüngül sənaye məhsulları, kimya sənayesi məhsulları idxal olunurdu. Həmçinin istehsalat prosesində istifadə olunan xammal xarakterli məhsullar idxal olunub:
“Belə bir şəraitdə alternativ bazarların araşdırılması və bu bazarlar üzərindən müvafiq məhsulların əvəzedicilərinin təmin edilməsi müəyyən zaman alacaq. Bu zaman təbii ki, kifayət qədər əhəmiyyətli amillərdən biri də qiymət dəyişikliyidir, amma istənilən halda alternativ bazarlardan müvafiq qiymətlərlə məhsulların idxal edilməsi mümkün olmayacaq”.
Alternativ bazar imkanları
Müsahibimizin sözlərinə görə, hazırkı şəraitdə Türkiyə, Yaxın Şərq və Mərkəzi Asiya ölkələri bir sıra kənd təsərrüfatı qida təyinatlı məhsullarının və onun yarımfabrikatlarının istehlakı bazarına çevrilə bilər:
“Və kimyəvi sənaye məhsulları, yüngül sənaye məhsulları aspektindən əvəzedici daha çox Çin bazarı olacaq. Çünki burada qiymət rəqabətliliyi çox vacib amildir və İran mənşəli məhsulların əsas istehlakçısı aşağı gəlirli sosial qruplardır”.
Nəticə və gələcək proqnozlar
Rəşad Həsənov sonda bildirdi ki, təsirlər prosesslərin nə qədər davam etməsi və ixracçıların alternativ bazarlarla əməkdaşlıq qurmaq üçün tələb olunan zamandan asılı olaraq dəyişəcək: “İlkin mərhələdə aydındır ki, İrandan ixrac olunan bütün növ məhsullarda qıtlıq müşahidə olunacaq və bu qıtlıq Azərbaycanda xüsusilə də aşağı gəlirli sosial qrupların ailə büdcələrinin idarə edilməsi üçün kifayət qədər ciddi çətinliklər formalaşdırır”.
Adəm Abbaslı
-
ABŞ06:46Pentaqondan daha bir UNO hesabatı: Sirli obyektin detalları açıqlandı
-
Qoroskop01:20Günün ulduz falı: sürprizlərə hazır olun!
-
Nida Xəbər 23 Oktyabr 23:35Suriyalıların girovuna çevrilən Türkiyə və seçki ambisiyaları - DETALLAR
-
Hadisə23 Oktyabr 21:39Qara dənizdə vurulan gəmidəki azərbaycanlılar otelə yerləşdirildi - Foto
-
Dünya23 Oktyabr 21:13Rusiya və Ukrayna razılığa gəldi - Bu tarixdə Xersonda atəşkəs başlayacaq
-
Nida Xəbər 23 Oktyabr 20:24Azərbaycan səfiri Dövlət Baxçalı ilə görüşdü
-
Hadisə23 Oktyabr 19:00Qara dənizdə vurulan gəmidəki azərbaycanlılarla bağlı - XİN-dən açıqlama
-
Hadisə23 Oktyabr 17:56Vurulan gəmidə sağ qalan azərbaycanlılar - Adlar






.jpg)




.jpg)


.jpg)























