İqtisadi gündəm
"Brent" markalı neft dayanmadan bahalaşır - Yeniləndi
"Brent" markalı neftin qiyməti 2022-ci ilin iyunundan bəri ilk dəfə bir barel üçün 119 dolları ötüb.
Publika.az xəbər verir ki, bu, Londonun ICE birjasındakı ticarət məlumatlarından məlum olur.
Bakı vaxtı ilə saat 06:30-a olan məlumata görə, 2026-cı ilin may ayında tədarük ediləcək "Brent" neftinin bir bareli əvvəlki göstərici ilə müqayisədə 28,77% bahalaşaraq 119,36 dollar təşkil edib.
Martın 9-da Amerika Birləşmiş Ştatlarının Prezidenti Donald Tramp baş verən qiymət artımını qısamüddətli adlandırıb və İranın nüvə təhlükəsi zərərsizləşdirildikdən sonra neftin dəyərinin sürətlə düşəcəyinə əminliyini ifadə edib.
Bundan əvvəl ABŞ-ın energetika naziri Kris Rayt bildirmişdi ki, Ağ Ev İrana qarşı hərbi əməliyyat fonunda dünya qiymətlərini stabilləşdirmək üçün strateji neft ehtiyatlarından istifadə imkanlarını nəzərdən keçirir.
xxx
04:44
Londonun ICE birjasında 2026-cı ilin may ayında tədarük ediləcək "Brent" markalı neftin qiyməti təxminən 19% artıb.
Publika.az xəbər verir ki, bu barədə TASS məlumat yayıb.
Bakı vaxtı ilə saat 02:15-ə olan məlumata görə, "Brent" markalı neftin bir barelinin qiyməti 111 dolları keçib və 2022-ci ilin iyulundan bəri ilk dəfə olaraq 111,4 dollar (+19,37%) səviyyəsində ticarət olunub. Saat 02:39-a qədər isə qiymət bir barel üçün 109,01 dollara qədər enib.
Hüseyn İbadlı
-
Elm və təhsil12:33Bu qadınlara yüksək vəzifə verildi - FOTO
-
Rəsmi xronika12:09İlham Əliyev Antonio Tayanini qəbul etdi
-
Kriminal12:0080 yaşlı məşhur “qanuni oğru” Rusiyada saxlanıldı - FOTO
-
Cənubi Qafqaz11:36Ermənistanın yeni konstitusiyasında kilsə ilə bağlı hansı yenilik edilib?
-
Hadisə11:00Ada Süleymanın öldüyü dəhşətli qəzanın görüntüləri - VİDEO
-
Dünya10:48"GTA"nın arxasındakı qadın: Milyardlıq oyun imperiyasının ilham mənbəyi kimdir?
-
İqtisadi gündəm10:18Bu şəxslərin bütün cərimələri silinəcək
-
Magazin109:36Vəfa Şərifova ailə qurdu: Villasında toy etdi - VİDEO






.jpg)












.jpg)

















