İqtisadi gündəm
Bakı zəmanət verdi: Azərbaycanın bu ölkədə idarə etdiyi liman sanksiyadan qurtuldu
Avropa İttifaqı (Aİ) Gürcüstanın Kulevi limanını Rusiyaya qarşı hazırlanan 20-ci sanksiyalar paketinə daxil etməmək barədə qərar qəbul edib.
Publika.az xəbər verir ki, bu barədə Aİ-nin sanksiyalar üzrə xüsusi nümayəndəsi Devid O'Sallivanın Gürcüstanın xarici işlər naziri Maka Boçorişviliyə ünvanladığı məktubda qeyd olunub.
Brüssel ilkin mərhələdə Rusiya neftinin dəniz yolu ilə daşınması və "kölgə donanması"nın limana daxil olması səbəbindən məhdudiyyətlərin tətbiqini nəzərdən keçirib. Lakin Gürcüstan hakimiyyəti və terminal operatoru ilə aparılan məsləhətləşmələrdən sonra Aİ-nin mövqeyi dəyişib.
Məktubda göstərilir ki, rəsmi Tbilisi və liman administrasiyası beynəlxalq sanksiyalar altında olan gəmilərin Kuleviyə buraxılmaması və onlara xidmət göstərilməməsi ilə bağlı öhdəlik götürüblər.
Liman infrastrukturunu idarə edən Azərbaycanın SOCAR şirkəti də əlavə zəmanətlər təqdim edib. Şirkət Rusiya nefti üçün Aİ tərəfindən müəyyən edilmiş qiymət tavanına əməl edəcəyini bəyan edib.
Adəm
-
ABŞ06:46Pentaqondan daha bir UNO hesabatı: Sirli obyektin detalları açıqlandı
-
Qoroskop01:20Günün ulduz falı: sürprizlərə hazır olun!
-
Nida Xəbər 23 Oktyabr 23:35Suriyalıların girovuna çevrilən Türkiyə və seçki ambisiyaları - DETALLAR
-
Hadisə23 Oktyabr 21:39Qara dənizdə vurulan gəmidəki azərbaycanlılar otelə yerləşdirildi - Foto
-
Dünya23 Oktyabr 21:13Rusiya və Ukrayna razılığa gəldi - Bu tarixdə Xersonda atəşkəs başlayacaq
-
Nida Xəbər 23 Oktyabr 20:24Azərbaycan səfiri Dövlət Baxçalı ilə görüşdü
-
Hadisə23 Oktyabr 19:00Qara dənizdə vurulan gəmidəki azərbaycanlılarla bağlı - XİN-dən açıqlama
-
Hadisə23 Oktyabr 17:56Vurulan gəmidə sağ qalan azərbaycanlılar - Adlar






.jpg)




.jpg)
.jpg)

























