İqtisadi gündəm
Neftin qiyməti ilə bağlı sensasion proqnoz - Martın sonunda nə baş verəcək?
“Mart ayının sonunda neftin qiyməti bir barel üçün 150 dollara çata bilər”.
Publika.az xəbər verir ki, bunu “Kpler” tədqiqat şirkətinin Yaxın Şərq energetikası və OPEK+ üzrə analitik mərkəzinin rəhbəri Amena Bakr CNN-ə verdiyi müsahibəsində bildirib.
Ekspert qeyd edib ki, əgər Hörmüz boğazının mövcud blokadası davam edərsə, neftin qiyməti asanlıqla həmin səviyyəyə qədər yüksələ bilər.
ABŞ Prezidenti Donald Trampın münaqişənin sona çatması ilə bağlı qarışıq bəyanatlarından sonra neftin qiyməti bir barel üçün 100 dollardan aşağı düşsə də, Bakr vaxtından əvvəl nikbinliyə qapılmamaq barədə xəbərdarlıq edib. O vurğulayıb ki, Yaxın Şərqin bir neçə neft hasil edən ölkəsi boğazdakı təhlükəsizlik təhdidləri səbəbindən hasilatı dayandırıb.
Ekspert əlavə edib ki, Trampın boğazdan keçən gəmilərə ABŞ Hərbi Dəniz Qüvvələrinin dəstək verəcəyi ilə bağlı son vədləri bu əsas gəmiçilik marşrutuna inamı bərpa etmək üçün kifayət etməyib:
"Biz gəmilərin bir gecədə birdən-birə cəsarətləndiyini görmürük. Yalnız Trampın münaqişəni demək olar ki, bitirdiyini bəyan etməsi gəmilərin boğazı keçməsinə və bazar etibarının bərpasına səbəb olmayıb".
Hüseyn İbadlı
-
ABŞ06:46Pentaqondan daha bir UNO hesabatı: Sirli obyektin detalları açıqlandı
-
Qoroskop01:20Günün ulduz falı: sürprizlərə hazır olun!
-
Nida Xəbər 23 Oktyabr 23:35Suriyalıların girovuna çevrilən Türkiyə və seçki ambisiyaları - DETALLAR
-
Hadisə23 Oktyabr 21:39Qara dənizdə vurulan gəmidəki azərbaycanlılar otelə yerləşdirildi - Foto
-
Dünya23 Oktyabr 21:13Rusiya və Ukrayna razılığa gəldi - Bu tarixdə Xersonda atəşkəs başlayacaq
-
Nida Xəbər 23 Oktyabr 20:24Azərbaycan səfiri Dövlət Baxçalı ilə görüşdü
-
Hadisə23 Oktyabr 19:00Qara dənizdə vurulan gəmidəki azərbaycanlılarla bağlı - XİN-dən açıqlama
-
Hadisə23 Oktyabr 17:56Vurulan gəmidə sağ qalan azərbaycanlılar - Adlar






.jpg)




.jpg)
.jpg)

























