İqtisadi gündəm
Yaxın Şərqdə gərginlik: Bütün dünyada benzin bahalaşır - Azərbaycanda da...
Yaxın Şərqdəki gərginliyin genişlənməsi fonunda artıq bir sıra Avropa ölkələrində yanacaq bazarında məhdudiyyətlər tətbiq olunmağa başlayıb. Bir çox ölkələrdə benzin idxalına qadağalar qoyulur, qiymətlər isə sürətlə bahalaşır. Hətta Macarıstan Aİ-95 (Premium) benzininin idxalını rəsmən qadağan edib. Məlum olduğu kimi, Azərbaycan Aİ-95 (Premium) markalı benzini əsasən xarici ölkələrdən idxal edir. Belə olan halda vəziyyət necə dəyişə bilər? Dünyada baş verən proseslər benzin qiymətlərinə və Azərbaycana necə təsir göstərə bilər?
Publika.az mövzu ilə bağlı mütəxəssisə müraciət edib.
İqtisadçı-ekspert Rəşad Həsənov saytımıza açıqlamasında bildirib ki, Azərbaycan hazırda Aİ-95 (Premium) markalı benzin üzrə daxili tələbatı tam şəkildə yerli istehsal hesabına ödəyə bilmir. Onun sözlərinə görə, ölkədə müəyyən həcmdə istehsal olsa da, bazarın böyük hissəsi idxaldan asılı olaraq qalır.
“Aİ-95 (Premium) markalı benzinin istehsalına başlanılsa da, hazırda istehsalda müəyyən azalma meyilləri müşahidə olunur və bu səbəbdən daxili bazarın təminatı baxımından idxal hələ də əsas rol oynayır”, - deyə ekspert qeyd edib.
R.Həsənov bildirib ki, bu yanacaq növü üzrə Azərbaycanda sabit dövlət tarifi tətbiq edilmir və qiymətlər bazar prinsipləri əsasında formalaşır. Onun sözlərinə görə, mövcud vəziyyətdə bazarda müəyyən monopoliyaya bənzər şərait də formalaşıb.
“Bu istiqamətdə həm yerli istehsalçı, həm də idxalla məşğul olan şirkətlər bazarda dominant mövqedədir. Amma diqqət çəkən məqam ondan ibarətdir ki, qiymətlərin bazardakı real dinamika və konyunkturaya uyğun dəyişməsi hər zaman müşahidə olunmur”, - deyə o vurğulayıb.

Ekspertin sözlərinə görə, qiymət artımları adətən daha sürətli qəbul edilir, ucuzlaşma ilə bağlı qərarlar isə gecikmiş formada həyata keçirilir.
Rəşad Həsənov xüsusilə vurğulayıb ki, Yaxın Şərqdə baş verən son hadisələr dünya enerji bazarlarına ciddi təsir göstərir. Onun sözlərinə görə, İran-İsrail qarşıdurmasının eskalasiyası, neft infrastrukturlarına hücumlar və Hörmüz boğazı ilə bağlı risklər enerji daşıyıcılarının qiymətlərində ciddi volatillik yaradıb.
“Hazırda bazar son dərəcə qeyri-sabitdir. Hər hansı siyasi bəyanat və ya hərbi hadisə neftin qiymətinə dərhal təsir göstərir. Qiymət volatilliyi çox yüksəkdir”, - deyə ekspert bildirib.
O qeyd edib ki, bunun bariz nümunəsi son günlərdə müşahidə olunub: “Bir müddət əvvəl neftin qiyməti 120 ABŞ dollarına qədər yüksəldiyi halda, qısa müddət ərzində 90, 80, hətta 60 dollar səviyyəsinə qədər geriləmə də baş verdi. Bu qədər geniş diapazonda dəyişən qiymətlər fonunda orta və uzunmüddətli proqnozlar vermək olduqca çətindir. Neftin qiymətinin artması birbaşa olaraq Aİ-95 (Premium) benzininin maya dəyərinə təsir göstərir. Xammal bahalaşdıqca, bu markalı benzinin qiymətinin də artması qaçılmaz olur”.
O əlavə edib ki, qlobal bazarda neft tədarük zəncirində mümkün fasilələr və bəzi ölkələrin ixraca məhdudiyyətlər tətbiq etməsi qıtlıq risklərini daha da artıra bilər: “Belə olan halda Azərbaycan Aİ-95 (Premium) benzininin idxalı üçün daha yüksək qiymətlər ödəməli olacaq. Bu isə böyük ehtimalla SOCAR-ın daxili bazarda qiymət artımı ilə bağlı mövqe ortaya qoymasına səbəb ola bilər”.
Ekspert bildirib ki, qiymət artımının miqyası və nə qədər müddət davam edəcəyi regionda baş verən hadisələrin inkişafından asılı olacaq: “Münaqişənin genişlənməsi və ya uzunmüddətli davam etməsi qiymətlərə birbaşa təsir göstərəcək. Hazırda isə konkret proqnoz vermək çətindir”.
Rəşad Həsənovun sözlərinə görə, Aİ-95 (Premium) benzininin bahalaşmasının Azərbaycan iqtisadiyyatına təsiri məhdud olacaq: "Bu yanacaq növü ölkədə ümumi benzin tələbatının təxminən 8-10 faizini təşkil edir. Bu məhsul əsasən yeni istehsal olunmuş premium və lüks avtomobillərdə istifadə edilir və kənd təsərrüfatı, nəqliyyat xidmətləri və ya digər istehsal sahələrində geniş tətbiq olunmur. Bu səbəbdən qiymət artımı daha çox orta və orta-yuxarı gəlir qruplarına aid olan avtomobil sahiblərinin gündəlik nəqliyyat xərclərinin müəyyən qədər artmasına gətirib çıxara bilər”.
Adəm Abbaslı
-
Yaxın Şərq10:46Müctəba Xamenei necə və nə vaxt yaralanıb? - ABŞ detalları açıqladı
-
Yaxın Şərq09:58Ümid edirik ki, ABŞ mesajı başa düşdü: İran bu gəmini “yaraladığını” iddia edir
-
MDB09:16Təyyarə təcili qəza siqnalı verdi, aeroporta qayıdır: Hava limanında hazırlıq görülür
-
İdman08:48Lamin Yamal "Barselona" üçün tarixi rekorda imza atdı
-
Cənubi Qafqaz08:36Paşinyana alma atanın taleyi ilə bağlı yeni xəbər
-
Magazin102:42"Əkiz bacım var, o da yaslara gedir"
-
Sosial00:45Əziz Əlibəyli vəzifəsindən ayrıldı
-
Qoroskop00:15Günün ulduz falı - Sevgidə diqqət sizə yönələ bilər






.jpg)




















.jpg)









