İqtisadi gündəm
Dünya gərginlikdə, Pekin ticarətdə: İran nefti Çinə axır
ABŞ və İsrailin İrana qarşı hərbi əməliyyatlara başlamasından sonra Çin İrandan təxminən 12 milyon barel xam neft alıb.
Publika.az xəbər verir ki, bu barədə "CNBC" məlumat yayıb.
Tədarüklər əsasən Hörmüz boğazı vasitəsilə həyata keçirilib. Tehran bu marşrutla Çinə ən azı 11,7 milyon barel xam neft göndərib.
Neft daşımalarının izlənməsi üzrə xidmətin həmtəsisçisi Samir Madani qeyd edib ki, bu daşımalar Yaxın Şərqdə hərbi əməliyyatların başlanmasından sonra aktivləşib.
“Kpler” analitik şirkəti də həmin dövrdə İrandan Çinə göndərilən xam neftin ümumi həcmini təxminən 12 milyon barel səviyyəsində qiymətləndirir.
Bununla belə, ekspertlər bildirirlər ki, son dövrlər tankerlərin son təyinat nöqtəsini dəqiq müəyyənləşdirmək getdikcə çətinləşir. Analitik Noy Xin Soy vurğulayıb ki, Çin son illərdə İran neftinin əsas alıcısı olaraq qalır və daşınan həcmlərin böyük hissəsinin də bu ölkəyə yönəldiyi ehtimal olunur.
Qeyd edək ki, İran rəsmiləri daha əvvəl Hörmüz boğazından neft ixracına mümkün məhdudiyyətlər tətbiq oluna biləcəyini istisna etməyiblər. İnqilab Keşikçiləri Korpusunun sözçüsü Sərdar Naini bildirib ki, ABŞ və İsrailin davam edən hərbi əməliyyatları fonunda ölkənin silahlı qüvvələri regiondan neft ixracının qarşısını ala bilər.
Xatırladaq ki, Çin Hörmüz boğazı vasitəsilə daşınan xam neftin ən böyük idxalçısı olaraq qalır. Ötən ilin birinci rübünün məlumatlarına görə, bu marşrutla gündəlik təxminən 5,35 milyon barel neft idxalı Pekinin payına düşüb.
Adəm
-
ABŞ06:46Pentaqondan daha bir UNO hesabatı: Sirli obyektin detalları açıqlandı
-
Qoroskop01:20Günün ulduz falı: sürprizlərə hazır olun!
-
Nida Xəbər 23 Oktyabr 23:35Suriyalıların girovuna çevrilən Türkiyə və seçki ambisiyaları - DETALLAR
-
Hadisə23 Oktyabr 21:39Qara dənizdə vurulan gəmidəki azərbaycanlılar otelə yerləşdirildi - Foto
-
Dünya23 Oktyabr 21:13Rusiya və Ukrayna razılığa gəldi - Bu tarixdə Xersonda atəşkəs başlayacaq
-
Nida Xəbər 23 Oktyabr 20:24Azərbaycan səfiri Dövlət Baxçalı ilə görüşdü
-
Hadisə23 Oktyabr 19:00Qara dənizdə vurulan gəmidəki azərbaycanlılarla bağlı - XİN-dən açıqlama
-
Hadisə23 Oktyabr 17:56Vurulan gəmidə sağ qalan azərbaycanlılar - Adlar






.jpg)




.jpg)
.jpg)

























