İqtisadi gündəm
Azərbaycanda bu iki bank BAĞLANACAQ
Ötən günlərdə Azərbaycanda daha bir bankın fəaliyyətini dayandıraraq bank olmayan kredit təşkilatına (BOKT) çevrildiyi ilə bağlı xəbər vermişdik. Bununla da ölkədə yalnız 21 bank fəaliyyət göstərəcək. Qeyd edək ki, Mərkəzi Bankın açıqladığı şikayət cədvəlində də birinci yerdə “BTB” Bank, ikincilikdə Express Bank, üçüncüdə AFB Bank, növbəti yerdə isə Azər-Türk Bank dayanır.
Bəs görəsən, Azərbaycanda bankların bağlanmasına səbəb nədir? Bundan sonra daha neçə bank bağlana bilər? BOKT-ların faiz göstəriciləri niyə banklara nisbətdə çox daha yüksəkdir?
Publika.az xəbər verir ki, mövzu ilə bağlı Lent.az-a açıqlama verən Azərbaycan Qiymətləndiricilər Cəmiyyətinin sədri Vüqar Orucun sözlərinə görə, daha iki bank fəaliyyətini dayandıracaq:
“Azərbaycanda bank sistemi növbəti inkişaf dövrünə qədəm qoyub. Bir çox analtiklər, o cümlədən beynəlxalq reyinq təşkilatları Mərkəzi Bankın bank sektorunu tənzimlənməsindəki rolunu yüksək qiymətləndirir. Son dövrlər görülən işlər də tənzimləmə siyasətinin uğurlarından xəbər verir.
Sıradan çıxan, bağlanan banklar heç də güclü olmayıblar, onlar zərərlə işləyən, problemli portfeli ağırlıq təşkil edən banklar olub. Fikrimcə, belə bankların bağlanması, formasını dəyişməsi zəruri idi. Bankların Bank Olmayan Kredit Təşkilatına (BOKT) çevrilməsi onların bugünə qədərki göstərdikləri fəaliyyətin davam etməsi və funksiyalarının başqa formada yerinə yetirilməsidir.
Yaxın zamanlarda daha iki bankın bağlanacağını söyləmək olar.
Bunu müəyyənləşdirmək üçün banklar sistemini nəzərdən keçirmək kifayətdir. Çünki indiyə qədər bağlanan bankların tarixçəsində borc və maliyyə problemləri qabarıq olub.
BOKT-lar bir çox hallarda bankların müştəriləridir. Onlar banklardan aldıqları kapitalın üzərində müəyyən faiz qoymaqla əhaliyə satış edirlər. BOKT-ların əsas xüsusiyyəti odur ki, onlardan kredit götürmək hüquqi baxımdan daha tez başa gəlir. Buna görə də vətəndaşlar bir çox hallarda yüksək faizə önəm vermədən, prosesin tezliyi üçün BOKT-lara müraciət edir.
Kommersiya bankları likvidliyin qorunması üçün öz kredit siyasətlərində müəyyən mürəkkəbləşmə prosesi aparırlar. Buna görə də yüksək faizli BOKT-lar daha çox müştəri bazarına malikdirlər.
Həm banklar, həm də BOKT-lar kənardan, beynəlxalq donor təşkilatlarından satış üçün kapital əldə etsinlər. Bu həm ucuz başa gəlir, həm də faizlər ümumi məbləğə böyük təsir göstərmir. Daxili bazardan pul əldə etdikdə isə yüksək faizlər kreditin satışının əlçatanlığının aşağı olmasına səbəb olur”.
-
ABŞ06:46Pentaqondan daha bir UNO hesabatı: Sirli obyektin detalları açıqlandı
-
Qoroskop01:20Günün ulduz falı: sürprizlərə hazır olun!
-
Nida Xəbər 23 Oktyabr 23:35Suriyalıların girovuna çevrilən Türkiyə və seçki ambisiyaları - DETALLAR
-
Hadisə23 Oktyabr 21:39Qara dənizdə vurulan gəmidəki azərbaycanlılar otelə yerləşdirildi - Foto
-
Dünya23 Oktyabr 21:13Rusiya və Ukrayna razılığa gəldi - Bu tarixdə Xersonda atəşkəs başlayacaq
-
Nida Xəbər 23 Oktyabr 20:24Azərbaycan səfiri Dövlət Baxçalı ilə görüşdü
-
Hadisə23 Oktyabr 19:00Qara dənizdə vurulan gəmidəki azərbaycanlılarla bağlı - XİN-dən açıqlama
-
Hadisə23 Oktyabr 17:56Vurulan gəmidə sağ qalan azərbaycanlılar - Adlar






.jpg)




.jpg)
.jpg)

























