İqtisadi gündəm
Nazir: İran-Türkmənistan-Qazaxıstan dəmiryolu tezliklə istifadəyə veriləcək
Tezliklə İran-Türkmənistan-Qazaxıstan dəmiryolu layihəsi başa çatacaq və bu dəmiryol istifadəyə veriləcək.
Bunu Tehranda türkmənistanlı həmkarı Rəşid Merrdovla keçirdiyi
birgə mətbuat konfransında İranın xarici işlər naziri Məhəmməd
Cavad Zərif deyib.
M.C.Zərif bildirib ki, R.Meredov iki günlük səfəri zamanı bir sıra
görüşlər keçirəcək və İranın neft naziri ilə danışıqlar aparacaq:
"Bu səfər dost və qardaş Türkmənistanla əlaqələrin gündən-günə
inkişaf etdiyini göstərir".
İcrasına 2007-ci ildən start verilən İran-Türkmənistan-Qazaxıstan
dəmiryolu "Şimal-Cənub" dəhlizinə daxil olan layihələrdəndir.
Layihənin 2014-cü ilin oktyabr ayınadək tamamlanacağı gözlənilir.
Həmin dəmiryol vasitəsilə ilkin mərhələdə ildə 3-4 milyon ton yük
daşımaq nəzərdə tutulur. Perspektiv planda isə ildə 10-15 milyon
ton yükün həmin dəmiryol vasitəsilə daşınması planlaşdırılır.
Qeyd edək ki, Türkmənistanın xarici işlər naziri R.Meredovun
başçılıq etdiyi nümayəndə heyəti bu gün Tehrana səfər edib. Səfər
zamanı İran və Türkmənistan arasında enerji və bank sahəsində
əməkdaşlıq məsələləri müzakirə ediləcək.
Türkmənistan XİN başçısının İranın digər rəsmiləri ilə də görüşləri
nəzərdə tutulub. /Trend/
-
Sosial05:15
Anasından asılı olan qızların 5 ƏLAMƏTİ - Sonrakı həyat necə olacaq?
-
Sosial03:13
Özünü qadına görə güllələdiyi deyilən Nəsib Quliyevin övladları və xanımı yasda İŞTİRAK ETMƏDİLƏR
-
Dünya02:12
Qadınlar SİLAHA SARILDILAR: əxlaqsızlığı təşviq edən festival LƏĞV EDİLDİ
-
Magazin100:45
Könül Kərimova estetik əməliyyat etdirdi - FOTO
-
Qoroskop00:15
Günün ULDUZ FALI: qarşıdurmalar ola bilər
-
Sosial25 Aprel 23:48
Bakıda ayıq sürücü müştərinin "Land Rover”indən oğurluq etdi
-
Səhiyyə25 Aprel 23:12
Onkoloqdan XƏBƏRDARLIQ: bu xəstəliklər xərçəngə çevrilə bilər
-
Magazin125 Aprel 22:48
Müşfiq Musanın məşhur mahnısını oxudu - VİDEO