İqtisadi gündəm
Süni intellektdən dünya maliyyəsinə böyük təhlükə: G20-yə XƏBƏRDARLIQ
Qabaqcıl süni intellekt texnologiyaları qlobal maliyyə sabitliyi üçün ciddi təhlükə yarada bilər.
Publika.az xəbər verir ki, bu barədə İngiltərə Bankının rəhbəri və Maliyyə Sabitliyi Şurasının (FSB) sədri Endryu Beyli “Böyük iyirmilik” (G20) ölkələrinin maliyyə nazirlərinə və mərkəzi bank rəhbərlərinə ünvanladığı məktubda bildirib.
Beylinin sözlərinə görə, qabaqcıl süni intellekt modelləri getdikcə daha yüksək avtonomluq, mürəkkəb problemləri həll etmək və təhlükələrə qarşı müqavimət göstərmək qabiliyyəti nümayiş etdirir.
O xəbərdarlıq edib ki, süni intellektin inkişafı xüsusilə kiberhücumlar baxımından qlobal maliyyə sistemini təhlükə altına ata bilər. Bir ölkədə baş verən belə hücumların bütün yurisdiksiyalara yayılması və bir-biri ilə sıx əlaqəli maliyyə sistemini sabitsizləşdirməsi mümkündür.
İngiltərə Bankının rəhbəri bildirib ki, bir sıra ölkələrdə qabaqcıl süni intellekt modellərinin hazırlanması, istifadəyə verilməsi və tətbiqinin idarə olunması üçün hələ də kifayət qədər effektiv mexanizmlər yoxdur.
Beylinin fikrincə, maliyyə sektoru üçün əsas təhlükə qabaqcıl süni intellekt texnologiyalarının kiberhücumların sürətini, miqyasını və iqtisadi səmərəliliyini əhəmiyyətli dərəcədə artırmaq imkanına malik olmasıdır. Bu isə maliyyə bazarlarına olan etimadı sarsıda və sistem miqyasında ciddi problemlərə səbəb ola bilər.
O, qlobal maliyyə sisteminin təhlükəsizliyinə cavabdeh qurumları süni intellektin təhlükəsiz və məsuliyyətli şəkildə hazırlanması və tətbiqi üçün beynəlxalq səviyyədə zəruri addımlar atmağa çağırıb.
Beyli həmçinin bazarlarda borclanmanın artmasından və süni intellektə olan böyük investor marağının bir sıra maliyyə aktivlərinin qiymətlərinin həddindən artıq yüksəlməsinə səbəb olmasından narahatlığını ifadə edib.
Maliyyə Sabitliyi Şurasının sədri hesab edir ki, süni intellektlə bağlı risklərin qarşısını almaq üçün ölkələr arasında daha sıx beynəlxalq əməkdaşlıq vacibdir.
Müəllif: Adəm
-
Qoroskop00:45Günün ulduz falı: Kiçik detalları gözdən qaçırmamağa çalışın
-
Dünya22 Noyabr 18:36300 işçinin çalışdığı şirniyyat fabriki külə döndü: Ölənlərin kimliyi DNT ilə müəyyən ediləcək - Yeniləndi
-
İdman22 Noyabr 16:58Polis keçmiş xokkeyçini güllələyərək öldürdü
-
MDB22 Noyabr 15:30Bir gündə mindən çox döyüşçü itirdilər
-
Magazin222 Noyabr 15:03Məşhur müğənni çayxanada konsert verdi, polis obyekti bağladı - VİDEO
-
Sağlamlıq22 Noyabr 14:27Bahalı kürüyə pul xərcləməyə dəyərmi? – Həkimdən vacib tövsiyə
-
Əmlak22 Noyabr 14:00Talıbovun 73 milyonluq villası üzə çıxdı - FOTO
-
MDB22 Noyabr 12:56Toyda atəş açdı, 4 nəfər saxlanıldı - VİDEO



















.jpg)















