İqtisadi gündəm
Gömrük ərazisinə gətirilən mallara yeni qayda tətbiq ediləcək - GÖMRÜK BORCU...
Gömrük ərazisinə gətirilərkən gömrük rüsumlarından və vergilərdən qismən azad edilən mallarla bağlı gömrük borcunun hesablanması zamanı əvvəllər ödənilmiş məbləğlər də nəzərə alınacaq.
Publika.az "Ajans"a istinadla xəbər verir ki, bu qayda gömrük rüsumları və vergilər üzrə müəyyən güzəştlər tətbiq olunmaqla sərbəst dövriyyəyə buraxılan, eləcə də həmin ödənişlərdən qismən azad edilməklə müvəqqəti idxal xüsusi gömrük proseduru altında yerləşdirilən mallara şamil ediləcək.
Belə mallar sonradan sərbəst dövriyyə üçün buraxılış gömrük proseduru altında yerləşdirildikdə, onların gömrük rəsmiləşdirilməsi zamanı gömrük borcu yenidən hesablanır.
Bu zaman əsas məqam ondan ibarətdir ki, həmin mallara görə əvvəlki mərhələdə ödənilmiş gömrük rüsumları və vergilər nəzərə alınır.
Başqa sözlə, malın əvvəlki gömrük rəsmiləşdirilməsi zamanı ödənilmiş rüsum və vergilər yeni gömrük borcu hesablanarkən nəzərdən kənarda saxlanılmayacaq.
Eyni qayda güzəştlə gətirilmiş malların məhv edilməsi zamanı yaranan qalıq və tullantıların gömrük rəsmiləşdirilməsinə də tətbiq ediləcək.
Belə ki, mal məhv edildikdən sonra qalıq və tullantılar yaranarsa, onların gömrük rəsmiləşdirilməsi zamanı gömrük borcu hesablanarkən həmin mallara görə əvvəllər ödənilmiş gömrük rüsumlarının və vergilərin məbləği nəzərə alınacaq.
Beləliklə, qaydanın əsas məqsədi eyni mala görə əvvəlki mərhələdə ödənilmiş gömrük rüsumları və vergilərin sonrakı gömrük hesablamalarında nəzərə alınmasını təmin etməkdir.
Qeyd edək ki, yeni qaydalar sentyabrın 3-dən qüvvəyə minib.
-
Nida Xəbər 16:48Leyla Əliyeva Səmərqənddə sərgi və memorial komplekslə tanış oldu - FOTO
-
Region15:10Paşinyandan Türkiyə sərhədi ilə bağlı AÇIQLAMA: Bakı ilə danışıqlar davam edir
-
Sosial14:05Sədr etiraz etdi: 23 yaşlı tələbənin imtiyazları niyə əlindən alınmalıdır?
-
Sosial13:26Vüsal Aslanova yeni müavin təyin olundu
-
Rəsmi xronika12:20Bu yaşayış məntəqələrinin adları dəyişdirildi
-
Nida Xəbər 12:18Paşinyan sülh müqaviləsi ilə bağlı dediklərini dandı: Təxirə salmaq olmaz
-
Nida Xəbər 12:02Milli Məclis bəyanat yaydı: Fransadakı kütləvi etirazlar zamanı...
-
Dünya11:54“Dünyanın sonu”na sayılı günlər qalıb? - 13 noyabr iddiasının elmi izahı









.jpg)

.jpg)












.jpg)














