İqtisadi gündəm
“Volkswagen”in nəhəng ixtisar planı: 50 min işçi küçəyə atılır
“Volkswagen” şirkətinin Direktorlar Şurası genişmiqyaslı xərclərin azaldılması proqramını təsdiqləyib.
Publika.az xəbər verir ki, plana əsasən, 2030-cu ilədək 50 min iş yerinin ixtisar olunması və şirkətin model sırasının iki dəfə azaldılması nəzərdə tutulur.
Bundan başqa, avtomobil istehsalçısı istehsal olunan modellərin mürəkkəbliyini 75% azaltmağı planlaşdırır.
Şirkətin açıqlamasında qeyd olunub ki, Almaniyadakı dörd zavod 2031-2034-cü illərdə rəqabət qabiliyyətini təmin edə bilməyəcək.
Məlumata görə, bu yenidənqurma proqramı şirkətin tarixində ən genişmiqyaslı transformasiya proqramı olacaq.
CNN yazır ki, “Volkswagen” bu addımı Çin istehsalçılarının artan rəqabəti və ABŞ-da idxal rüsumlarının yüksəldilməsi fonunda atır.
Hazırda şirkətdə təxminən 650 min nəfər çalışır. Bu ilin ilk yarısında isə Çin bazarında satışların azalması səbəbindən şirkətin vergidən sonrakı mənfəətinin 30% azaldığı bildirilib.
Müəllif: Adəm
-
Nida Xəbər 16:44Türkiyə-Azərbaycan qardaşlığını heç kim zədələyə bilməz - Dövlət Baxçalı
-
İdman16:28Dünyanın ən gözəl futbolçusu fərqli stildə FOTOLAR paylaşdı
-
Region15:58Ruslar axın edir: İrəvanda mənzillərin kirayə qiyməti fantastik həddə yüksəldi
-
ABŞ15:52Trampın yeni səfirinin görünüşü hər kəsi heyrətləndirdi: Hansı planetdəndir? - FOTO
-
Nida Xəbər 14:16Hakan Fidan Azərbaycana gəlir - Ərdoğanı təmsil edəcək
-
Nida Xəbər 12:18Kartdan karta köçürülmələrdə komissiya tutulacaq
-
Dünya12:12Andrey Sbiqa müraciət yaydı: Rusiyanın Azərbaycan vətəndaşlarını öldürməsi...
-
Rəsmi xronika10:33Prezident sərgi iştirakçılarına müraciət etdi







.jpg)

































