İqtisadi gündəm
Bu ərazidə kanalizasiya kollektoru və tullantı sutəmizləyici qurğu tikilir
“Bakı şəhərində və Abşeron yarımadasında su təchizatı, yağış və tullantı suları sistemlərinin təkmilləşdirilməsinə dair 2026–2035-ci illər üçün Dövlət Proqramı” çərçivəsində Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi tərəfindən mühüm infrastruktur layihələrinin icrası davam etdirilir.
Agentlikdən Publika.az-a verilən məlumata görə, Dövlət Proqramı çərçivəsində icra olunan mühüm layihələrdən biri Müşfiqabad hövzəsi üzrə gətirici kanalizasiya kollektorunun və tullantı sutəmizləyici qurğunun tikintisidir.
Layihə Xırdalan şəhərində, 28 May, Müşfiqabad, Hökməli və Aşağı Güzdək qəsəbələrində formalaşan tullantı sularının vahid sistem üzrə toplanmasına, daşınmasına və müasir texnologiyalar əsasında təmizlənməsinə xidmət edəcək.
Yeni infrastruktur Ceyranbatan Su Anbarının ətrafında qrunt sularının tənzimlənməsinə, subasma risklərinin azaldılmasına, sanitar-gigiyenik şəraitin yaxşılaşdırılmasına və ərazidə ekoloji təhlükəsizliyin gücləndirilməsinə imkan yaradacaq.
2028-ci ildə başa çatdırılması nəzərdə tutulan layihə tamamlandıqdan sonra gətirici kanalizasiya kollektoru, tullantı sutəmizləyici qurğu, texnoloji hovuzlar, mühəndis sistemləri və yardımçı obyektlər vahid və dayanıqlı infrastruktur sistemi kimi fəaliyyət göstərəcək.
-
Rəsmi xronika10:33Prezident sərgi iştirakçılarına müraciət etdi
-
Dünya10:00ABŞ-dan Hörmüz AÇIQLAMASI - İranı ələ saldı: Donanma yoxdur
-
Sosial09:18Azərbaycanda bir sıra dövlət qurumlarının saytlarına kiberhücum olundu - Rəsmi
-
Səhiyyə08:48Erkən insulta səbəb olan məişət vərdişləri - Həyat üçün təhlükə yaradan nələrdir?
-
ABŞ08:00ABŞ-dan kritik qərar: Bu bank 1,21 milyard dollar cərimələndi
-
İKT07:30Xəbərdarlıq: Süni intellekt ev cihazları vasitəsilə yayıla bilər
-
Avropa04:14Dənizin sahilində UNO aşkarlandı - Hərbi Jandarma hərəkətə keçdi
-
ABŞ03:43Ağ Evin yeni mətbuat katibini HƏDƏLƏDİLƏR






.jpg)








.jpg)

























