İqtisadi gündəm
Azercell və ADA Universiteti tələbələr üçün AI təlimi keçirdi
“AI4Real Bootcamp” proqramı uğurla başa çatdı.
Azercell-in təşəbbüsü və dəstəyi ilə ADA Universitetinin təşkil etdiyi “AI4Real Bootcamp” intensiv təlim proqramı başa çatıb. Proqram Azərbaycanın, eləcə də xarici ölkələrin universitetlərində STEAM istiqamətləri üzrə təhsil alan tələbələrin böyük marağına səbəb olub. Seçim mərhələsinin nəticələrinə əsasən, ümumilikdə 14 universiteti təmsil edən 26 tələbə proqramda iştirak hüququ qazanıb.
Proqram süni intellektin müxtəlif sahələrdə praktiki tətbiqini əhatə edib. İştirakçılar real biznes tapşırıqları üzərində işləyib, süni intellektdən istifadə etməklə biznes yönümlü həllər hazırlayıblar. Təlimlər akademik mütəxəssislərin və sənaye ekspertlərinin iştirakı ilə keçirilib.
Azercell-in Məlumat Analitikası və Süni İntellekt departamentinin baş direktoru Sabir Mərdanov telekommunikasiya sahəsində süni intellektin tətbiqinə dair real nümunələri iştirakçılarla bölüşüb, bu texnologiyaların biznes üçün yaratdığı imkanlar və praktiki faydaları barədə ətraflı məlumat verib. ADA Universitetinin İnformasiya Texnologiyaları və Mühəndislik Məktəbinin müəllimi Samir Məmmədov, həmçinin universitetin professor-müəllim heyəti və dəvət olunmuş ekspertlər isə öz sahələrində tətbiq edilən AI həlləri və onların praktiki istifadəsi barədə danışıblar.
İntensiv təlim və praktiki sessiyalar iştirakçılara süni intellekt üzrə bilik və bacarıqlarını inkişaf etdirməklə yanaşı, komanda işi, problem həlli və innovativ düşüncə üzrə təcrübələrini də artırmağa imkan yaradıb.
Proqramın sonunda iştirakçılara sertifikatlar təqdim olunub. Ən yüksək nəticə göstərən beş tələbə isə yeni tədris ilində Azercell və ADA Universitetinin birgə təşkilatçılığı ilə keçiriləcək hakatonda birbaşa iştirak hüququ qazanıb.
Qeyd edək ki, Azercell “Azərbaycan Respublikasının 2025–2028-ci illər üçün Süni İntellekt Strategiyası”nda müəyyən edilmiş prioritetlərə uyğun olaraq süni intellekt əsaslı həllərin tətbiqini genişləndirir, eyni zamanda bu sahədə bilik və praktiki bacarıqlara malik yeni nəsil mütəxəssislərin yetişdirilməsini dəstəkləyir.
-
Nida Xəbər 14:24Prezidentin vəzifə verdiyi Osman Xaliyev kimdir? - Dosye
-
Rəsmi xronika13:57İlham Əliyev sərəncam imzaladı
-
İdman13:24“Barselona”nın yeni transferinin ilham pərisi: Onları kim tanış edib? - FOTOLAR
-
Cənubi Qafqaz13:18Qarabağda var-dövlət qazanan “generallar” həbs ediləcək - İrəvana qaçanlar şokdadır
-
Dünya11:12Kanadada oğurlanan 4798 avtomobil Rusiyada tapıldı: Qaçaqmalçıların ağlasığmaz əməliyyatı
-
Elm və təhsil10:18Bu müəllimlərin maaşı arta bilər
-
Region09:18Kremldən Paşinyanla bağlı açıqlama: Yaxın gələcəkdə...
-
Sosial09:00Paytaxtın və iki rayonun bəzi əraziləri işıqsız qalacaq






.jpg)










.jpg)



.jpg)



.jpg)









.png)


