Qənirə Paşayeva kənd müəllimlərinə xahişlərini təhsil nazirinə çatdırmağa söz verib
Bizi izləyin

İqtisadi gündəm

Qənirə Paşayeva kənd müəllimlərinə xahişlərini təhsil nazirinə çatdırmağa söz verib

Millət vəkili Qənirə Paşayeva Rövşən Alıyev adına Əyyublu kənd orta məktəbini ziyarət edib, müəllim və şagirdlərlə görüşüb.

Tovuzun və Azərbaycanın ən böyük kəndlərindən biri olan Əyyublu kəndində Rövşən Alıyev adına kənd orta məktəbinin müəllim və şagirdləri ilə görüşdə millət vəkili Qənirə Paşayeva gənclərimizin savadlı yetişməsində fədakar müəllimlərimizin rolunu xüsusi vurğulayaraq bildirib ki, Rövşən Alıyev adına Əyyublu kənd orta məktəbin Tovuzun yaxşı təhsil ənənələri olan məktəblərindən biridir və bunda fədakar müəllimlərimizin böyük rolu var və gənc müəllimlər belə müəllimlərimizdən örnək götürməlidir. Məktəbin direktoru Viktor Kərimov və bir sıra müəllimlər çıxış edərək məktəbdə təhsilin vəziyyəti, qarşıda duran hədəflər barədə məlumat verib və fikirlərini söyləyiblər.

Müəllimlər Rövşən Alıyev adına Əyyublu kənd orta məktəbinin binasının təhsil üçün o qədər yararlı vəziyyətdə olmaması, yeni məktəb binasına böyük ehtiyacı olduğunu, millət vəkili Qənirə Paşayevanın bununla bağlı hökumətə və müvafiq orqanlara müraciətlərindən xəbərdar olduqlarını deyərək ona təşəkkürünü bildirməklə yanaşı, bu məsələnin öz həllini tapması istiqamətində bundan sonra da bir millət vəkili olaraq dəstəyini əsirgəməməsini xahiş ediblər.

Rövşən Alıyev adına Əyyublu kənd orta məktəbin binasının vəziyyətinin təhsil üçün o qədər də normal olmadığını deyən millət vəkili Qənirə Paşayeva ölkəmizin ən böyük kəndlərdən biri olan Əyyublu kəndində Rövşən Alıyev adına Əyyublu kənd orta məktəbinin yeni binasının tikintisinə böyük ehtiyac olması ilə bağlı hökumətə, baş nazir cənab Artur Rəsizadəyə və Təhsil Nazirinə müraciət etdiyini və problemin öz həllini tapması üçün Bakıya qayıtdıqdan sonra bununla bağlı təkrarən Təhsil naziri Mikayıl Cabbarova və hökumətə millət vəkili kimi xahiş və müraciət edəcəyini də vurğulayıb. Müəllimlərin fikir və qayğılarını dinləyib və fikir mübadiləsi aparan millət vəkili Qənirə Paşayeva gənclərin mütləq bir peşə sahibi olmasının önəmini vurğulayaraq bu ilin göstəricilərin ötən illə müqayisədə daha da yaxşı olacağına inandığını deyib. Millət vəkili məktəbdə şagirdlərlə də görüşüb, onların dərsləri, planları ilə də maraqlanıb və onlarla söhbət edib.

Millət vəkili Qənirə Paşayeva bildirib ki, hansı peşənin sahibi olmasından asılı olmayaraq hər bir gəncimiz eyni zamanda orta məktəb illərindən tariximizi, ədəbiyyatımızı da yaxşı öyrənmılidirlər. Millət vəkili hərbi dərslərə ciddi diqqət yetirmənin vacibliyi ilə də bağlı fikirlərini bölüşməklə yanaşı gənclər arasında zərərli vərdişlərlə mübarizənin gücləbndirilməsinin önəmindən də danışıb.Görüşün sonunda millət vəkili Qənirə Paşayeva müəllim və şagirdlərə müəllifi olduğu kitabları imzalayaraq hədiyyə etməklə yanaşı məktəbin kitabxanasına gənclərin oxuması üçün çoxlu sayda kitablar və məktəbə özünün hədiyyələrini də təqdim edib.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm