İqtisadi gündəm
“TikTok”da “Daşqın əmlak ofisi” vətəndaşları necə aldadıb?
Bakı Ağır Cinayətlər Məhkəməsində bir qrup vətəndaşa qarşı dələduzluq etməkdə təqsirləndirilən Daşqın Məmmədovun cinayət işinin bəzi detalları məlum olub.
Publika.az pravda.az-a istinadla xəbər verir ki, hakim Zaur Hacıyevin sədrliyi ilə keçirilən prosesdə elan edilib ki, 1996-cı il təvəllüdlü təqsirləndirilən şəxs "TikTok" sosial şəbəkəsində "Daşqın əmlak ofisi" adlı səhifədə ilkin ödəniş müqabilində kreditlə ev almaq və ev tikmək üçün vəsait ayıracağını bildirən videoelanlar yerləşdirib.
Elanlara inanıb ona müraciət edən vətəndaşlardan ilkin ödəniş adı ilə pul alıb, əvəzində vəd etdiyi kreditləri verməyib və evləri almayıb. Pulların bir qismi ofisdə nağd şəkildə, bir qismi notariat ofisində formal borc müqaviləsi ilə, bir qismi isə kart hesabına köçürmə yolu ilə qəbul edilib. Sonradan vətəndaşlar müxtəlif bəhanələrlə gözlədilib.
İşdə 40 zərərçəkmiş şəxs var. Qaytarılmış hissələr çıxılmaqla vurulmuş ümumi ziyan 373 150 manat təşkil edib. Bunun 58 000 manatı bir epizodda, torpaq alıb ev tikmək vədi ilə alınmış vəsaitdir.
Məhkəmə iclasında Daşqın Məmmədov ittiham üzrə özünü təqsirli bilib və vurulmuş zərərlə bağlı zərərçəkmiş şəxslərin ifadələrində göstərdikləri halları təsdiq edib.
Eyni zamanda o deyib ki, heç bir zərərçəkmiş şəxsi aldatmaq niyyəti olmayıb, bir neçə müştəridən ilkin ödəniş kimi pul alınıb. Daşqın qeyd edib ki, aldığı vəsait hesabına çoxsaylı şəxslərə ümumilikdə 24 ev alınaraq verilib. O, həbsdə olduğu üçün bu şəxslərin ona borclarını qaytarmadığını, hətta pullarını geri qaytardığı bəzi şəxslərin bunu inkar etdiyini iddia edib.
Təqsirləndirilən şəxs azadlığa çıxarsa, həmin evləri alıb verəcəyini və bununla bağlı sübutlarının olduğunu söyləyib.
Məhkəmə Daşqın Məmmədovu Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsi (təkrarən, xeyli və külli miqdarda ziyan vurmaqla dələduzluq) ilə təqsirli bilib və 7 il azadlıqdan məhrumetmə cəzasına məhkum edib.
Əvvəlki hökmlə təyin edilmiş cəzalar nəzərə alınmaqla qəti cəza 8 il azadlıqdan məhrum etmə olaraq müəyyən edilib. Bundan əlavə, 2 il müddətinə dövlət və yerli özünüidarəetmə orqanlarında rəhbər və maddi məsul vəzifə tutmaq və kommersiya fəaliyyəti ilə məşğul olmaq hüququndan məhrum edilib. Cəza ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkiləcək, cəza müddəti 2025-ci ildəki tutulma tarixindən hesablanacaq.
Məhkəmə üç mülki iddianı təmin edərək təqsirləndirilən şəxsdən 32 000 manat maddi ziyanın və dövlət rüsumunun zərərçəkənlərin xeyrinə tutulmasına qərar verib.
-
Cənubi Qafqaz03:44İrəvanda gecə toplantısı: 12 siyasi qüvvə Paşinyana qarşı birləşdi
-
Qoroskop00:45Günün ulduz falı: dünyanızı alt-üst edəcək hadisə baş verə bilər...
-
Sosial4 Noyabr 23:35Bir sıra sosial ödənişlərin məbləği artırılır - Video
-
Hadisə4 Noyabr 21:39Azərbaycanda ov zamanı itkin düşən iş adamının meyiti aşkarlandı
-
Avropa4 Noyabr 20:12Bu dəfə qan ehtiyatlarını hədəf aldılar - Bir neçə obyektə kiberhücum
-
Ekopublika.az4 Noyabr 19:00Mərkəzi Bankdan “Portmanat”a irad - Telefonunuzdakı pullar risk altında
-
Rəsmi xronika4 Noyabr 15:55Prezidentdən Kamran İmanovla bağlı sərəncam
-
Qoroskop4 Noyabr 14:10Bu ilin son iki ayında hansı bürclər evlənəcək? - Sevgi və nikah sürprizləri











.jpg)


.jpg)






















