İqtisadi gündəm
Gələn il pensiyalar neçə faiz artacaq?
2027-ci ildə Azərbaycanda əmək pensiyalarının 7,5 faiz artırılması proqnozlaşdırılır.
Publika.az xəbər verir ki, bu, Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsində müzakirəyə çıxarılan “Azərbaycan Respublikasının 2027-ci il dövlət büdcəsi haqqında” qanun layihəsində öz əksini tapıb.
Sənədə əsasən, 2027-ci ildə əmək pensiyalarının ödənilməsi xərcləri 8 milyard 669,43 milyon manat nəzərdə tutulub.
Bu, 2026-cı ilin təsdiq edilmiş proqnoz göstəricisi ilə müqayisədə 676,55 milyon manat və ya 8,46 faiz çoxdur.
Pensiyaların indeksləşdirilməsi zamanı 2027-ci ildə orta aylıq nominal əmək haqqının gözlənilən artım tempinin 7,5 faiz olacağı nəzərə alınıb.
Büdcə layihəsində qeyd olunur ki, 2026-cı ilin sonuna əmək pensiyalarının orta aylıq məbləğinin 663,82 manat olacağı gözlənilir. Bu göstəricinin dinamikası nəzərə alınmaqla, 2027-ci ildə pensiya xərclərinin ümumi həcminin 8 milyard 669,43 milyon manata çatacağı proqnozlaşdırılır.
Layihəyə əsasən, 2027-ci ildə Azərbaycanda orta aylıq əmək pensiyasının 2026-cı ildə gözlənilən 594,4 manatdan təxminən 7,5 faiz artaraq 639 manata çatacağı proqnozlaşdırılır.
-
Qoroskop14:10Bu ilin son iki ayında hansı bürclər evlənəcək? - Sevgi və nikah sürprizləri
-
Avropa13:22“Ayaz bəy” batdı – 4 dənizçi gəmini tərk etməkdən imtina etdi
-
Rəsmi xronika12:34Prezident xanımı və qızı ilə Bakı Ekspo Mərkəzinə getdi
-
Sosial12:16Yeni doğulan uşağa görə ailələrə 1500 manat veriləcək
-
Ekologiya10:4280 alimin hesabatı yayıldı: Yeri fəlakət gözləyir, qarşısını almaq mümkün olmayacaq
-
Nida Xəbər 10:30Həbsdə olan icra başçısının qızına yüksək vəzifə verildi - FOTO
-
Dünya10:06Nostradamusun 2027-ci il üçün qorxunc proqnozu: Qlobal fəlakət, maliyyə böhranı...
-
Səhiyyə08:12Ürək tutmasına bənzəyən sindrom - Ürək “qırıla” bilir

















.jpg)


.jpg)














