İqtisadi gündəm
“OBA”dan şəhid qızı Nülufərin dilindən təsirli Zəfər hekayəsi - VİDEO
“OBA” marketlər şəbəkəsi 8 Noyabr – Zəfər Gününə həsr olunmuş videoçarx təqdim edib.
Publika.az xəbər verir ki, “Bizim qəhrəmanlarımızın supergücü Vətən sevgisidir!” mesajı ilə hazırlanan videoçarx Vətən uğrunda canından keçən qəhrəmanlarımızın əziz xatirəsinə ithaf olunub. Zəfərin altıncı ildönümünə özəl təqdim olunan videoçarx şəhid Süleyman Bağırovun şəhidlik zirvəsinə ucalmasından sonra dünyaya gələn qızı Nülufərin dilindən nəql edilir. Atasını görmək nəsib olmayan Nülufər balanın dilindən səslənən qəhrəmanlıq hekayəsi Vətən sevgisini və övlad qürurunu bir araya gətirir. Vətən müharibəsində döyüş yoldaşlarını qoruyarkən öz canından keçən Süleyman Bağırovun fədakarlığı videoçarxın əsasını təşkil edir. Onun hekayəsi qəhrəmanlarımızın gücünün qorxmadan irəli atılmaqda, çiyin-çiyinə döyüşməkdə və Vətəni canından üstün tutmaqda olduğunu xatırladır. “OBA” Süleyman Bağırovun timsalında Vətən uğrunda son nəfəsinədək mübarizə aparan, bizə azadlığın və Zəfərin qürurunu yaşadan Obamızın qəhrəman övladlarını dərin ehtiramla yad edir. Videoçarx onların xatirəsini yaşatmağa və fədakarlığını gələcək nəsillərə çatdırmağa çağırır. “Onların qəhrəmanlığı tariximizə, adları qəlbimizə yazılıb. Unutmadıq, unutmayacağıq!” mesajı ilə təqdim olunan videoçarx şəhidlərimizə minnətdarlığın və ehtiramın ifadəsidir.
-
Hadisə17:55Mədəniyyət ictimaiyyəti İlham Əliyevə Zəfər Günü münasibətilə təbrik ünvanladı
-
Avropa17:44Fransa yenə qarışır - Tələbələr küçələrə çıxacaqlar(FOTO)
-
Nida Təhlil 17:02Şəhid atası: "Mənə deyirdi ki, ata, mən də o aslanlardan biri olacağam"
-
Region16:45Simonyan: "Biz niyə türklərlə savaşmalıyıq?"
-
Ekologiya16:28Sabah güclü külək əsəcək - Xəbərdarlıq
-
Qarabağ 16:17Müharibə veteranı: Bacımın nəvəsi tankda vurularaq şəhidlik zirvəsinə ucaldı
-
Hadisə15:46FHN-də Zəfər Gününə həsr olunmuş tədbir keçirildi - Video
-
Nəqliyyat14:27Xəzərdə təhlükəli hava şəraiti olacaq - Xəbərdarlıq




























.jpg)








.jpg)
