Qızıl kəskin ucuzlaşdı
Bizi izləyin

İqtisadi gündəm

Qızıl kəskin ucuzlaşdı

Qızıl kəskin ucuzlaşdı

Oktyabrın yekunlarına görə qızılın qiyməti 7%-dən çox ucuzlaşıb.

Publika.az xəbər verir ki, bu, qlobal maliyyə böhranından bəri oktyabr ayı üçün qeydə alınan ən pis göstəricidir.

2026-cı ilin əvvəli qızıl üçün son dərəcə uğurlu olub: yanvarda fyuçerslərin qiyməti bir troya unsiyası üçün 5 626,8 dollara çataraq tarixi maksimumu yeniləyib. Lakin Yaxın Şərqdəki böhran və faiz dərəcələrinin artırılması səbəbindən kotirovkalar sürətlə enməyə başlayıb. Payızadək qiymətlər təxminən 28% ucuzlaşıb, oktyabr isə son 18 ildə bu qiymətli metal üçün ən uğursuz ay olub.

Oktyabrda qızılın qiyməti 7,3% azalıb. 2008-ci ildən bəri belə bir geriləmə qeydə alınmamışdı. Oktyabrın 30-da fyuçerslərin qiyməti bir troya unsiyası üçün 3 876,39 dollara düşərək 2025-ci ilin oktyabrından bəri ən aşağı səviyyəyə enib. Noyabrın əvvəlində itkiləri qismən kompensasiya etmək cəhdinə baxmayaraq, ümumi ucuzlaşma tendensiyası davam edir. Noyabrın 6-na olan məlumata görə, qızılın qiyməti 4 045 dollar təşkil edib.

Metalın qiymətinin uzun müddət 4 000 dollar həddindən aşağı qalması investorlar üçün ciddi sınağa çevrilə bilər. Bu, xüsusilə, aktivləri qızılla təmin olunan birja fondlarına zərər vuracaq. Belə fondların ehtiyatlarına cari ildə təxminən 150 ton qiymətli metal əlavə edilib.

Hüseyn İbadlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm