İqtisadi gündəm
Mərkəzi Bankdan kreditlərlə bağlı - QƏRAR
Mərkəzi Bankın İdarə Heyətinin qərarı ilə uçot dərəcəsi dəyişdirilmədən saxlanılıb.
Belə ki, uçot dərəcəsi 6.5%, faiz dəhlizinin aşağı həddi 5%, yuxarı həddi isə 7.5% səviyyəsində sabit saxlanılıb.
Uçot dərəcəsi Mərkəzi Bankın ölkənin digər banklarına verdiyi kreditlər üzrə tətbiq etdiyi faiz dərəcəsidir. Faiz dəhlizinin aşağı həddi Mərkəzi Bankın birgünlük müddətə cəlb etdiyi vəsaitlər üzrə faiz dərəcəsini, yuxarı həddi isə eyni müddətə vəsaitlərin yerləşdirilməsi üzrə faiz dərəcəsini ifadə edir.
Bəs faiz dəhlizinin parametrlərinin dəyişdirilmədən saxlanılması nə deməkdir və bunun hansı əhəmiyyəti var?
Publika.az Baku TV-yə istinadən xəbər verir ki, iqtisadçı Eyyub Kərimlinin fikrincə, uçot dərəcəsinin sabit saxlanılması mövcud iqtisadi şəraitdə balanslaşdırılmış pul-kredit siyasətinin göstəricisidir.
“Qərarın əsas səbəbləri inflyasiya risklərinin hələ də qalması, xarici bazarlardakı qeyri-müəyyənlik və iqtisadi aktivliyin qorunması zərurəti ilə bağlıdır”.
O bildirib ki, faizlərin artırılması kreditləri bahalaşdıraraq sahibkarlığa mənfi təsir göstərə, azaldılması isə inflyasiya təzyiqlərini gücləndirə bilər.
“Bu baxımdan Mərkəzi Bank hazırda qiymət sabitliyi ilə iqtisadi artım arasında tarazlığı qorumağa üstünlük verir. Gələcəkdə inflyasiya riskləri azaldıqca faizlərin mərhələli şəkildə endirilməsi mümkün ola bilər”.
-
İqtisadi gündəm09:50Mərkəzi Bankdan kreditlərlə bağlı - QƏRAR
-
Nida Xəbər 09:35XİN Atatürkün anım günü ilə bağlı paylaşım etdi
-
Avto07:15İkinci əl avtomobil almaq istəyənlərə şad xəbər - Video
-
Ekopublika.az05:45“Nvidia” rəhbərinin 162 milyard dollarlıq sərvəti gündəmdə - Tarixin ən bahalı boşanması baş verəcək?
-
Qoroskop01:20Noyabr böyük dəyişikliklər ayı olacaq: Bu bürclər üçün yeni həyat başlayır
-
Dünya00:27Türkiyədə zavodda partlayış: ölənlərin sayı artdı - Yeniləndi
-
Avropa9 Noyabr 23:55700 supermarketə hücumun arxasında İran dayanır - Fransadan ittiham
-
Elm və təhsil9 Noyabr 23:05Abituriyentlər iki fəndən imtahan verəcək? - Ekspertdən AÇIQLAMA

















.jpg)





.jpg)






.jpg)



