İqtisadi gündəm
İlham Əliyev Mövlud Çavuşoğlunu qəbul edib
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev fevralın 25-də Türkiyə Respublikasının xarici işlər naziri Mövlud Çavuşoğlunun başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.
Publika.az-ın “AzərTAc”a istinadən məlumatına
görə, dövlət başçısı xarici işlər naziri Mövlud Çavuşoğlunun
başçılıq etdiyi nümayəndə heyətinin ölkəmizə səfərinin
Azərbaycan-Türkiyə əlaqələrinin daha da genişləndirilməsi işinə
yeni təkan verəcəyinə əminliyini bildirdi. Türkiyəyə dövlət
səfərinin və Türkiyə-Azərbaycan Yüksək Səviyyəli Strateji
Əməkdaşlıq Şurasının növbəti iclasının uğurla keçdiyini məmnunluqla
xatırlayan Prezident İlham Əliyev səfər zamanı birgə fəaliyyətlə
bağlı gələcək planların müzakirəsinin önəmini qeyd etdi.
Türkiyə-Azərbaycan əlaqələrinin xalqlarımız və region, eləcə də
dünya üçün çox böyük əhəmiyyətə malik olduğunu deyən dövlətimizin
başçısı ölkələrimiz arasında mövcud birliyin bölgədə sabitliyin
təminatçısı olduğunu da vurğuladı.
Mövlud Çavuşoğlu Türkiyə Respublikasının xarici işlər naziri kimi
ilk rəsmi səfərini Azərbaycana etməsindən məmnunluğunu bildirdi. O,
Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğanın və Baş
nazir Əhməd Davudoğlunun salamlarını dövlətimizin başçısına
çatdırdı. Mövlud Çavuşoğlu Prezident İlham Əliyevin Türkiyəyə
dövlət səfərinin və Türkiyə-Azərbaycan Yüksək Səviyyəli Strateji
Əməkdaşlıq Şurasının növbəti iclasının ikitərəfli əlaqələrimizin
daha da möhkəmləndirilməsi baxımından önəmini qeyd etdi.
Görüşdə Bakı-Tbilisi-Qars, TANAP layihələri, hərbi-texniki
əməkdaşlıq və əlaqələrimizin digər sahələrdə daha da
genişləndirilməsi ilə bağlı məsələlərə dair ətraflı fikir
mübadiləsi aparıldı.
Dövlətimizin başçısı Prezident Rəcəb Tayyib Ərdoğanın və Baş nazir
Əhməd Davudoğlunun salamlarına görə minnətdarlığını bildirdi, onun
da salamlarını Türkiyə Respublikasının Prezidentinə və Baş nazirinə
çatdırmağı xahiş etdi.
-
Sosial05:15
Anasından asılı olan qızların 5 ƏLAMƏTİ - Sonrakı həyat necə olacaq?
-
Sosial03:13
Özünü qadına görə güllələdiyi deyilən Nəsib Quliyevin övladları və xanımı yasda İŞTİRAK ETMƏDİLƏR
-
Dünya02:12
Qadınlar SİLAHA SARILDILAR: əxlaqsızlığı təşviq edən festival LƏĞV EDİLDİ
-
Magazin100:45
Könül Kərimova estetik əməliyyat etdirdi - FOTO
-
Qoroskop00:15
Günün ULDUZ FALI: qarşıdurmalar ola bilər
-
Sosial25 Aprel 23:48
Bakıda ayıq sürücü müştərinin "Land Rover”indən oğurluq etdi
-
Səhiyyə25 Aprel 23:12
Onkoloqdan XƏBƏRDARLIQ: bu xəstəliklər xərçəngə çevrilə bilər
-
Magazin125 Aprel 22:48
Müşfiq Musanın məşhur mahnısını oxudu - VİDEO