İqtisadi gündəm
Hamlet İsaxanlının qızını döyən şəxs həbs edildi
Bakı Apellyasiya Məhkəməsində Baş Prokurorluğun Xəzər Universitetinin təsisçisi Hamlet İsaxanlının qızı Ülkər İsayevanın döyülməsində təqsirləndirilən şəxslərlə bağlı apellyasiya protestinə baxılıb.
Teleqraf.com-un əməkdaşının verdiyi məlumata görə, qapalı keçirilən prosesdə iş üzrə təqsirli bilinən Elin və Zaur Məmmədov qardaşlarının işinə ayrı-ayrılıqda baxılıb. Hakim Sahibxan Mirzəyevin sədrliyi ilə keçirilən prosesdə Zaur Məmmədovun barəsində 2 aylıq həbs qətimkan tədbiri secilib.
Hakim Rizvan Səfərovun sədrliyi ilə keçirilən digər prosesdə isə Elin Məmmədovun barəsində başqa yerə getməmək barədə qətimkan tədbiri seçilib. Beləliklə, hər iki iş üzrə prokurorluğun protesti təmin olunub. Qeyd edək ki, Xəzər Universiteti rektorunun qızı Ülkər İsayeva 9 mart 2015-ci il tarixində Bakı şəhərində, Azadlıq prospekti ilə Üzeyir Hacıbəyli küçəsinin kəsişməsində iki qardaş tərəfindən fiziki işgəncəyə məruz qalıb.
Baş vermiş hadisə ilə əlaqədar Bakı şəhər Baş Polis İdarəsində Cinayət Məcəlləsinin 221-ci (xuliqanlıq) maddəsi ilə cinayət işi başlanıb və prokurorluq iş üzrə təqsirləndirilən Məmmədov Zaur Muxtar oğlu barəsində həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəməyə müraciət edib. Lakin Xətai rayon Məhkəməsinin hakimi Raziyə Ataşova prokurorluğun vəsatətini təmin etməyib.
-
Magazin126 Aprel 23:26
Xumar Qədimova daha bir məşhur şeiri mahnıya çevirdi - VİDEO
-
İnanc26 Aprel 23:02
Həcc ziyarəti ilə bağlı zəvvarlara XƏBƏRDARLIQ
-
Region26 Aprel 22:37
Başqa çıxış yolumuz yoxdur - Paşinyan
-
Hadisə26 Aprel 21:47
Dörd aylıq körpə binadan necə düşüb? - Hadisə yerindən GÖRÜNTÜLƏR
-
Magazin126 Aprel 21:35
Günelə nə olub? - Xəstəxanadan görüntüsünü paylaşdı və... - FOTO
-
Hadisə26 Aprel 21:10
Qırmızı işıqda keçən nazirin maşını aşdı - FOTO
-
Magazin126 Aprel 20:22
Müğənni Yalının qohumu sevgilisi tərəfindən qətlə yetirildi - FOTO
-
Dünya26 Aprel 19:57
Zelenski onu yeni vəzifəyə təyin etdi