İqtisadi gündəm
Ukraynanın sabiq prezidentləri Bakıda toplaşacaq
Ukraynaya rəhbərlik etmiş Leonid Kravçuk, Leonid Kuçma və Viktor Yuşenko aprel ayının sonunda Azərbaycana gələcək.
Diasporla Iş Üzrə Dövlət Komitəsindən Publika.az-a verilən məlumata görə, səfərin məqsədi Diasporla İş üzrə Dövlət Komitəsinin dəstəyi ilə Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin təşkil etdiyi III Qlobal Açıq Cəmiyyətlər Forumunda iştirak etməkdir.
“Yeni dünya düzənində etimadın yaradılması” mövzusuna həsr olunan Forumda sabiq prezidentlərin Ukraynadakı vəziyyətə dair çıxışı nəzərdə tutulub. Tədbirdə nüfuzlu siyasi liderlər dünyanı narahat edən məsələlər – etnik və digər zəmində baş verən münaqişələr, terror təhdidləri, demokratiyanın inkişafı, təhsil, ekologiya və bir sıra qlobal problemləri geniş müzakirə edəcək, onların həll yollarının tapılması istiqamətində fikir mübadiləsi aparacaqlar.
Qeyd edək ki, 1991-ci ildən 2010-cu ilədək Ukraynaya rəhbərlik etmiş Leonid Kravçuk, Leonid Kuçma və Viktor Yuşenko Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin üzvüdür.
Xatırladaq ki, aprelin 28-30-da Bakıda keçiriləcək III Qlobal Açıq Cəmiyyətlər Forumunda BMT-nin keçmiş Baş katibi Butros Butros Qali, ABŞ-ın sabiq Dövlət katibi Henri Kissencer kimi nüfuzlu siyasətçilər, həmçinin Qırğızıstan Prezidenti Almazbek Atambayev, Makedoniya Prezidenti George İvanov, Bolqarıstan Prezidenti Roşen Plevneliyev, Andorranın Baş naziri Antoni Marti və bir sıra ölkələrin eks-prezidentləri, sabiq hökumət rəhbərləri iştirak edəcək.
Anar Tağıyev
-
Magazin126 Aprel 23:26
Xumar Qədimova daha bir məşhur şeiri mahnıya çevirdi - VİDEO
-
İnanc26 Aprel 23:02
Həcc ziyarəti ilə bağlı zəvvarlara XƏBƏRDARLIQ
-
Region26 Aprel 22:37
Başqa çıxış yolumuz yoxdur - Paşinyan
-
Hadisə26 Aprel 21:47
Dörd aylıq körpə binadan necə düşüb? - Hadisə yerindən GÖRÜNTÜLƏR
-
Magazin126 Aprel 21:35
Günelə nə olub? - Xəstəxanadan görüntüsünü paylaşdı və... - FOTO
-
Hadisə26 Aprel 21:10
Qırmızı işıqda keçən nazirin maşını aşdı - FOTO
-
Magazin126 Aprel 20:22
Müğənni Yalının qohumu sevgilisi tərəfindən qətlə yetirildi - FOTO
-
Dünya26 Aprel 19:57
Zelenski onu yeni vəzifəyə təyin etdi