Publika.Az-da nələr yaşandı - FOTOLAR
Bizi izləyin

İqtisadi gündəm

Publika.Az-da nələr yaşandı - FOTOLAR

Publika.Az-da nələr yaşandı - FOTOLAR

“Gündəlik teleqraf MMC” ailəsindən olan Publika.Az və Teleqraf.com saytlarnın özəl günüdür, dostlar! Azərbaycan internet mediasında məxsusi yeri və dəsti-xətti ilə seçilən hər iki portalın 2 yaşı tamam olur. Bu münasibətlə redaksiyada bayram ab-havası yaşanır. Necə deyərlər, bayram bayrama qarışıb. Axı bu gün həm də Publika.Az ailəsinə yenicə qədəm qoyan saytın redaktoru, sayılan-seçilən imza sahibi və ən əsası, şəxsiyyətinə dəyər verdiyimiz çox hörmətli Kənan Hacının da doğum günüdür.

Hər kəs işinin başındadır. Redaktorlarımız Cəmaləddin, Kənan, Əziz, İlknurun başlarını qaşımağa vaxtları yoxdur. Hər halda belə görünürlər. İnqtisadiyyat yazarı Leyla “sakit durun” komandası verərək iqtisadi hesablamaları ilə məşğuldur. Vüqar Bayramovdan açıqlama alır, deyəsən. Cəmalə mürəkkəb tərcümələr etməkdə, Aytən qadın səhifəsi üçün qlamur yazılar yazmaqda…İdman yazarımız Natiqlə Aygün yenə yazılarını banner etdirməkdən ötrü Əzizlə başlıq davası döyür. İşgüzarlığı, tələbkarlığına görə, “Vladimir İliç Gülü” kimi tanıdığımız Gülxar redaksiyanın dəhlizində o baş-bu başa gedərək hansısa ekspertin “həyatını məhv etməklə məşğuldur”.

Yazığı sualları ilə asıb-kəsir. Eksklüzivlərin atası olan siyasət müxbirimiz Vasya (Vasif) mobil telefonla yenə kimisə toruna salaraq bişirir. Adətən sakit xasiyyətləri ilə redaksiyada varlıqları hiss olunmayan Asiflə Ömər əsl siyasətçilər kimi davranaraq diplomatik bacarıqlarını işə salıblar. Onların səsi yazıları ilə çıxacaq. Mənsə adətimə uyğun olaraq öz işimdəyəm, hamıdan qabaq xəbərlərimi də vermişəm, layihəmi də… Canım yanmasın, təcrübə öz sözünü deyir də. Təvazökarlığın dozasına baxın e, “uje qıcqırır”... Hə, özümdən danışdım, hamısı yadımdan çıxdı e…

Redaksiyanın ən sakit qızı Humaydan xoş xəbər gəlir, Əziz “durun, hamı mətbəxə” komandasını verir. Ənənəsinə sadiq qalan rəhbərimiz Aynur Camalqızının bizi mətbəxə toplamasının nə demək olduğunu hamımız gözəl bilirik. Orda bizi dadlı tort, Kənanı isə doğum günü hədiyyəsi gözləyir. Bəh-bəh!

Yox, paxıllıq eləmirəm, fevralın 1-də Aynur xanım o hədiyyədən mənə də vermişdi. Burda hədiyyəsiz qalan olmayıb hələ. Cibi dolu olsun! Elə hər sarıdan yarımışıq e… İki yaşımızı tort masası arxasında qeyd etdik. Uzun-uzadı danışmağı xoşlamayan Aynur xanım təbriklərini etdi, uğurlarını arzuladı. Bizlər poza verdik, yaraşıqlı fotomüxbirimiz Elçin Murad da bu xoş anları qaçırmadı.

Zarafat deyil e, bu iki ildə internet mediası bazarında əməlli-başlı yer tutmuşuq. Yerimizi də heç kimə verən deyilik, bax, açın qulağınızı eşidin!

Cəvahir Səlimqızı

Foto:Elçin Murad

Oxumağa davam et
Reklam
Reklam

Gündəm