Toyuqları oğurlanan nazirlik əməkdaşından polsilərə SƏRT SÖZLƏR
Bizi izləyin

Hadisə

Toyuqları oğurlanan nazirlik əməkdaşından polsilərə SƏRT SÖZLƏR

Səhiyyə Nazirliyinin mətbuat xidmətinin əməkdaşının evindən oğurluq edilib.

Səhiyyə Nazirliyinin mətbuat xidmətinin əməkdaşı Səfayə Əhmədovanın bağ evindən oğurluq edilib.

Bu barədə S.Əhmədova apa-ya məlumat verib. Onun sözlərinə görə, hadisə oktyabrın 29-da Bakının Maştağa qəsəbəsində, Ləyiş bağları, dalan 14 ünvanında qeydə alınıb. S.Əhmədovanın evindən toyuq-cücə, cins quşlar oğurlanıb. Faktla bağlı Sabunçu Rayon Polis İdarəsinin 42-ci polis bölməsinə müraciət edilib və araşdırma aparılır: “Hadisədən xeyli vaxt keçməsinə baxmayaraq, oğruların tutularaq cəzalandırılması mümkün olmayıb”.

Səfayə Əhmədova evindən oğruluq etməsi ilə bağlı sosial şəbəkədə bildirib ki, bağ evindəki oğurluq barədə polisə müraciətləri heç bir nəticə verməyib: “İllərdi ailəliklə çalışıb kiçik bir bağ evi almışıq. Bağda olan əşyalar, həyətimizdə olan toyuq-cücəni qonşuluqdakı bir gənc təmənnasız qoruyurdu. Ancaq bir neçə gün əvvəl həmin oğlan qəfildən dünyasını dəyişib. Elə həmin gecə də, həyətimizdə olan bütün toyuq-cücə, sort quşlar oğurlanıb. Bu barədə polisə məlumat verdik, lakin gecəikən qalanları da oğurlandı. İndi ora necə gedib qalasan, uşaqlarnan necə gecələr sakit yatasan? Polis işə bizdən şübhəli göstərməyimizi istəyir. Şübhəm olsa daha polisə niyə gedirəm axtarması üçün?

Bu arada, illər öncə şəhərdə evdən yatdığımız yerdə çantamı oğurlamışdılar. Polis boynumuza qoyub, ərizə yazdırdı ki, özümüz gizlətmişdik. Bizi polis deyil, Allah və bir də vor zakonlar qoruyur. Bəlkə,məsləhətli vor zakon tanışınız ola?”

Oxumağa davam et
Reklam
Reklam

Gündəm