Hadisə
16 yaşlı qızın mədəsindən iynə çıxarıldı - - VİDEO
“Tikiş iynəsi xəstənin mədəsinin çıxacağında
aşkarlandı.”
Bunu Respublika Müalicəvi Diaqnostika Mərkəzinin həkimi İbrahim
Əfəndiyev bildirib. O, hadisənin Goranboy rayonunda baş verdiyini
qeyd edib: “Gecə vaxtı paltar tikdiyi yerdə təsadüfən iynəni udub.
Xəstəxanada ona həkimlər çörək, pambıq udmağı məsləhət bilib.
Baxıblar ki, ağrı və qusma halları artır. Tezdən Bakıya gətiriblər.
Xəstə bu şikayətlər altında bizim xəstəxanaya daxil oldu. Rengen
müayinəsində iynənin mədədə olduğu görünürdü. Biz də endoskopik
yolla mədəyə daxil olduq və fəsadsız iynəni götürə bildik.”
Həkim iynənin mədənin divarına batıb qaldığını vurğulayıb: “İynə
mədəyə böyük ziyan vurmamışdı. Əgər bir necə gün də qalsaydı iynə
mədəni deşib digər orqanlara ziyan vura bilərdi. Çünki mədə hərəkət
etdikcə iynə irəliləyirdi.”
İbrahim Əfəndiyev elə həmin gün xəstənin evə buraxıldığını
deyib.
(aznews.az)
***
Bir neçə gün əvvəl dişləri arasında saxladığı tikiş iynəsini təsadüfən udan 16 yaşlı qızın mədəsindən həkim-mütəxəssislər tərəfindən yad cisim xaric çıxarılıb.
Respublika Müalicəvi Diaqnostika Mərkəzinin (RMDM) həkim-ümumi cərrahı İbrahim Əfəndiyev bildirib ki, həkim-mütəxəssislərimizin birgə səyi nəticəsində ümumi anesteziya altında endoskopik yolla qızın mədə divarına sancılan iynə xaric edilib və prosedur fəsadsız başa çatdırılıb. (qaynarinfo.az)
-
Sosial12:30
Bakının bu qəsəbəsində hamı evini satır - 25-30 min...
-
Sosial11:35
Bakıda yanan TIR-da yatan sürücü son anda XİLAS EDİLDİ - VİDEO
-
Cənubi Qafqaz09:50
Paşinyan 1000-dən çox xüsusi təyinatlını sərhədimizə göndərdi - Nə baş verir?
-
Hadisə09:35
Tanınmış aşığın gəlini evdən qaçdı - VİDEO
-
Nida Xəbər 09:30
Ermənistan polisi Azərbaycanla sərhəddə xüsusi əməliyyat keçirir - Saxlanılanlar var
-
Hadisə09:18
Əri tərəfindən başı kəsilən Sevincin toy görüntüləri - VİDEO
-
Magazin208:45
18 il sonra Şeron Stoundan “Kurtlar Vadisi” ETİRAFI - VİDEO
-
Ekologiya08:30
Bakıda küləkli hava nə vaxtadək davam edəcək?