Hadisə
Özünü 19-cu mərtəbədən atan qadın “KİA”nın baqajına girdi - - FOTO - VİDEO
Bakının Sabunçu rayonunda dəhşətli intihar hadisəsi baş verib.
Publika.Az kriminal.az saytına istinadən xəbər verir ki, təxminən 45-50 yaşlı bir qadın özünü çöxmərtəbəli binadan ataraq intihar edib. Hadisə Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Uğur-2 kompleksində baş verib.
Hadisə şahidlərinin bildirdiyinə görə qadın özünü 19-cu mərtəbədən atıb və həyətdəki KİA markalı avtomobilin üzərinə düşərək parça-parça olub. Qadının meyidi tanınmaz hala düşüb. Hadisə yerinə Prokurorluq və polis əməkdaşları gəlib, onun şəxsiyyətini müəyyənləşdirməyə çalışırlar.
Əldə etdiyimiz məlumata görə, intihar edən qadın hadisə baş verən binanın sakini olmayıb. Onun binaya gəlişi kompleksin kameralarına düşüb. Kamera görüntüsündən məlum olur ki, orta yaşlı qadın binanın blokuna daxil olarak liftə minir və 19-cu mərtəbəyə qalxır. Orada ayaqqabılarını və paltosunu soyunaraq özünü atır.
O, həyətda dayanmış KİA markalı avtomobilin üstünə düşüb. Maşının damını yararaq yük yerininə düşüb. Qadının meyitini yük yerindən hadisə yerinə çağırılmış Fövqəladə Hallar Nazirliyinin əməkdaşları xüsusi avadanlılarla çıxarıblar.
Meyit müayinə olunmaq üçün ekspertizaya aparılıb.
-
Sosial14:11
“Ermənilər Nizami Gəncəvinin başını oğurladılar”
-
Cənubi Qafqaz13:21
Rusiya Ermənistanda çevriliş hazırlayır - Paşinyanın deputatından şok açıqlama
-
Nida Xəbər 13:06
Hərbi qulluqçunun vəzifələri artırılır - Yeni qərar
-
Sosial12:46
Bu işçilərə kompensasiya ödəniləcək
-
Hadisə12:26
Tərtərdə dava zamanı ölən məktəblinin FOTOSU
-
Qarabağ 12:01
Oskanyan separatçılarla görüşdü: Avropada ona Qarabağla bağlı nə deyilib?
-
MDB11:49
“Qara siyahı” yaradılır: Aliment ödəməyənlərin adları açıqlanacaq
-
İdman11:01
AFFA Türkiyə millisinin sabiq baş məşqçisi ilə danışıqlar aparır - ŞOK İDDİA