Bakıda avtobus yük maşını ilə toqquşdu, xeyli sayda yaralı var (YENİLƏNİB)
Bizi izləyin

Hadisə

Bakıda avtobus yük maşını ilə toqquşdu, xeyli sayda yaralı var (YENİLƏNİB)

Qəza Bakının Qaradağ rayonu ərazisindən keçən hissəsində qeydə alınıb.

Bakı-Qazax yolunun 72-ci km-də, Bakının Qaradağ rayonu ərazisindən keçən hissəsində baş verən avtobus qəzası ilə bağlı yanlış məlumat yayılıb.

Bunu Publika.az-a açıqlamasında Respublika Baş Dövlət Yol Polisi İdarəsinin şöbə müdiri Kamran Əliyev deyib. Onun sözlərinə görə, Gürcüstana gedən sərnişin avtobusunda cəmi 9 nəfər olub: “İlkin məlumatda avtobusda 20 nəfərin olduğu bildirilib. Lakin avtobusda 9 nəfər olub, onlardan cəmi 3-ü xəstəxanaya yerləşdirilib. Xəstəxanaya yerləşdirilənlərdən 2-i Gürcüstan vətəndaşıdır”.

***

Bakıda ağır yol qəzası baş verib.

Hadisə Bakı-Qazax yolunun 72-ci km-də, Bakının Qaradağ rayonu ərazisindən keçən hissəsində qeydə alınıb.

Gürcüstana gedən sərnişin avtobusu “Schacman” markalı yük maşını ilə toqquşub.

Qəza nəticəsində 20-yə yaxın şəxs müxtəlif dərəcəli xəsarətlər alıb. Onlardan 9-u xəstəxanalara yerləşdirilib, digərlərinə isə ilk tibbi yardım göstərildikdən sonra buraxılıblar.

Xəstəxanaya yerləşdirilən şəxslərin hamısı Gürcüstan vətəndaşlarıdır. Həmin şəxslərin adlı siyahısı:

1.Pərvanə Qaradalova 36 yaş

2. Rəfayel Aslanov 52 yaş

3. Mahir Aslanov 22 yaş

4. Kanan Abdullayev 23 yaş

5 Emin Məmmədov 33 yaş

6. Əbülfəz Şəmsiyev 28 yaş

7. Azər Meyxanov 41 yaş

8. Naib İsaqov 22 yaş

9. Ruslan Rəhimov 8 yaş

Faktla əlaqədar Bakı şəhər Dövlət Yol Polis İdarəsində araşdırma aparılır. (apa)

Gülxar

Oxumağa davam et
Reklam
Reklam

Gündəm