Hadisə
Akif Çovdarov bələdiyyə sədri haqda: "Xəlilov dələduz olduğundan çox borcu var"
İlham Xəlilov özü dələduz olduğundan çox borcu var. Bunun üçün də mənə böhtan atır və aldatdığı şəxslərdən vaxt udub, səbəbkar kimi məni göstərir.
Publika.az musavat.com-a istinadən xəbər verir ki, bu sözləri
istintaqa ifadəsində ləğv edilmiş MTN-nin həbsdə olan generalı
Akif Çovdarov ondan şikayətçi olan bələdiyyə
sədrinin ittihamlarına cavab verərkən deyib.
MTN-nin həbs edilmiş generalından zərərçəkmişlər sırasında Biləcəri
bələdiyyəsinin sədri İlham Xəlilov və Binəqədi
bələdiyyəsinin sədri Elman Salmanovun da adı
göstərilir. Hər iki şəxs Çovdarovun həbsindən sonra hüquq-mühafizə
orqanlarına müraciət edərək generaldan zərərçəkdiklərini
deyiblər.
İlham Xəlilovun istintaqa bildirdiyinə görə, 2008-ci ilin martında
tanışı Adil Yaqubov ona xəbər çatdıb ki, general
Çovdarovun yanına getməlidir.
Adil Yaqubov kimdir?
A.Yaqubov Akif Çovdarov MTN-ə gəlmədən polisdə onunla bir yerdə
işləyib, sonradan isə pensiyaya çıxıb. Sonuncu işi isə Çovdarovun
Masazırdakı istixanasını idarə etmək olub. O, 2010-cu ildən
Çovdarovun arvadı İbadət Çovdarovaya məxsus
"Bəhrə-2010" MMC-nin direktorudur.
Bələdiyyə sədri İ.Xəlilov deyir ki, Yaqubovun xəbərdarlığından
sonra MTN-in inzibati binasına gedərək Akif Çovdarovla görüşüb.
Qısa danışıqdan sonra ondan 100 min istənilib. Binəqədi
bələdiyyəsinin sədri Elman Salmanovdan isə 150 min gətirməsi tələb
olunub. A.Çovdarov bu ismarıcın Elman Salmanova onun çatdırmasını
tapşırıb.
Çovdarovun göstərişini alan E.Salmanov cəmi 90 min manat, İ.Xəlilov
isə 50 min manat düzəldə biliblər. İ.Xəlilov həmin pulu götürüb,
Rəsulzadə-Biləcəri yolunda Çovdarovun göndərdiyi adamlara verib.
Qalan 110 min manatı isə 1 ay sonra Yaqubova çatdırıblar.
İ.Xəlilov ifadəsində göstərir ki, 2014-cü ilin sonlarında
Çovdarov zəng vuraraq əmr edib ki, Masazırda, "Zəli gölü"nün
yaxınlığında 10 hektar torpaq sahəsini Adil Yaqubovun adına
sənədləşdirsin.
Bunlardan əlavə ondan 120 min də tələb olunduğunu deyən bələdiyyə
sədri Çovdarovdan "Sən generalı barmağına dolamısan? Deyəsən, məni
yaxşı tanımırsan. Səni həbs edərəm, başına torba keçirdib podvala
ataram" deyə təhdidlər də eşitdiyini söyləyib.
İstintaqda Bilcəri bələdiyyəsinin sədri ilə Çovdarovu
üzləşdiriblər. Bələdiyyə sədri bunları təkrar danışsa da, Çovdarov
təkzib edib.
Çovdarovun adamı Adil Yaqubov da bu epizod üzrə dindirib. O da
Çovdarov kimi deyilənləri rədd edib bə bildirib ki, bələdiyyə
sədrləri generalın həbsindən istifadə edib onun üzünə dururlar.
Bəs Çovdarov özü bu epizodlar üzrə nə deyib?
Çovdarov ilk olaraq Elman Salmanov epizodundan danışıb. O, deyib
ki, bu adda şəxs tanımır. Ondan pul tələb etməsi isə yalandır.
General İlham Xəlilov epizodu üzrə isə geniş danışıb.
"İlham Xəlilovu uzun müddətdir tanıyıram. Onu DİN-də işləmiş Adil
Yaqubov vasitəsilə tanımışam. İlham Xəlilovla çox yaxşı münasibət
olub və 1998-ci ildən tanımışam. 2005-ci ildən Biləcəri qəsəbə
bələdiyyəsinin sədri vəzifəsində işləyib, dəfələrlə bir məclisdə
olmuşuq. Lakin hazırda göstərilənlər tamamilə yalandır. İlham
Xəlilova heç vaxt Elman Salmanov adlı şəxsdən hər hansı bir
məbləğdə pul alıb mənə çatdırmasını deməmişəm, bununla bağlı nə
İlham Xəlilova, nə də, Elman Salmanov adlı şəxsə hər hansı bir
formada hədə-qorxu gəlib tələb irəli sürməmişəm", - deyə Çovdarov
ifadəsinə əlavə edib.
"Lazım olsa, özüm çağırardım"
Akif Çovdarov iddia edib ki, ola bilsin ki, İlham Xəlilov onun
adından istifadə etməklə Elman Salmanovdan pul alıb: "Hesab edirəm
ki, bu elə belədir. Ümumiyyətlə, Elman Salmanov adlı şəxsin kim
olduğunu, hansı vəzifədə işlədiyini bilmirəm. Əgər Elman Salmanovu
çağırmaq lazım olsa idi, İlham Xəlilov vasitəsilə deyil, özüm
çağırardım".
Çovdarov Elman Salmanov adlı şəxsdən İ.Xəlilovun vasitəsilə 150 min
dolları hədə-qorxu ilə tələb etməsi barədə ittihamı böhtan
adlandırıb.
Çovdarov deyib ki, Biləcəri qəsəbə bələdiyyəsinin sədri işləmiş
İlham Xəlilov özü dələduz adamdır: "İlham Xəlilov özü dələduz
olduğundan, çox borcu var. Bunun üçün də mənə böhtan atır və
aldatdığı şəxslərdən vaxt udub səbəbkar kimi məni göstərir".
A.Çovdarov ifadəsində bildirir ki, İlham Xəlilovu Adil Yaqubov
vasitəsilə MTN-ə çağırıb ona "3 ildir bələdiyyə sədr işləyirsən 100
min gətir" sözünü deməyib.
"İlham Xəlilov mənə böhtan atır. Onlardan pul almamışam. 2014-cü ildə Masazır qəsəbəsində "Zəli gölü" adlanan ərazidə Adil Yaqubovun adına 10 hektar torpaq sahəsinin sənədləşdirilməsini də tələb etməmişəm. Həmin ərazini Adil Yaqubov almaq istəyib. Bu məsələnin mənə heç bir aidiyyatı yoxdur. İlham Adil Yaqubovdan pul alsa da, sonradan nə həmin torpaq sahəsini, nə də buna görə Adil Yaqubovdan aldığı pulu qaytarmayıb. Bütün bunları Adil Yaqubovdan eşidib", - deyə Akif Çovdarov ifadəsinə bildirib.
Qeyd edək ki, A.Çovdarov ötən ilin noyabr ayında həbs edilib. Onun rəhbəri olduğu MTN-in Energetika və Nəqliyyat Sahələrində Təhlükəsizlik Baş İdarəsinin sabiq işçisi, polkovnik Səlim Məmmədov, mayor Akif Əliyev və şöbə rəisi Orxan Osmanov da həbs edilib. Həmin cinayət işi üzrə 320-dən çox şahid, 60-dan çox isə zərərçəkmiş var.
-
ABŞ09:54
Tramp ilk dəfə açıqladı: “Putin mənə bu haqda danışırdı, amma əngəllədim”
-
MDB09:18
Rusiyada böhran: Rekord sayda insan müflis oldu
-
Elm və təhsil08:22
Tələbələrə şad xəbər: Bu tarixdən təqaüdlər artırılır - VİDEO
-
Sosial07:15
Ermənilər oğlunun cəsədini vermək üçün nə istəyiblər? - Şəhid anası DANIŞDI
-
Maraq dünyası05:45
Günəş sistemindəki ən böyük fırtına ilə bağlı təəccübləndirən kəşf
-
İKT03:35
“WhatsApp”da daha bir yenilik
-
Sosial02:19
Emin ev qazanan qazi ailəsinin yeni görüntülərini paylaşdı - VİDEO
-
Qoroskop00:50
Günün qoroskopu: planlarınızı dəyişməli olacaqsız