Ölkədən 3 milyona yaxın rus rublu çıxarmaq istəyərkən yaxalandı - - FOTO
Bizi izləyin

Hadisə

Ölkədən 3 milyona yaxın rus rublu çıxarmaq istəyərkən yaxalandı - - FOTO

Faktla bağlı araşdırma aparılır.

Gömrükdə külli miqdarda Rusiya rublu aşkar olunub.

Dövlət Gömrük Komitəsinin mətbuat xidmətindən Publika.az-a verilən məlumata görə, Xaçmaz Gömrük İdarəsinin Gömrük hüquqpozmalarına qarşı mübarizə şöbəsinə daxil olmuş məlumat əsasında idarənin “Samur” gömrük postunda Azərbaycandan Rusiya istiqamətinə gedən Azərbaycan vətəndaşının idarə etdiyi “Hyundai Sonata” markalı minik avtomobilinə gömrük baxışı həyata keçirilib, eləcə də vətəndaşın üzərində şəxsi yoxlama aparılıb.

Yoxlama zamanı avtomobildən və vətəndaşın üzərindən gömrük orqanlarına bəyan edilməyib, ümumilikdə 2 milyon 820 min 500 Rusiya rublu aşkar olunaraq götürülüb.

Faktla bağlı araşdırma aparılır.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm