Hadisə
Azərbaycanın hökumət rəsmiləri İğdırdakı qəzada yaralananlara baş çəkdi - - FOTO
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədr müavini Azər Zeynalov, səhiyyə naziri Niyazi Novruzov, daxili işlər nazirinin müavini Səbuhi Novruzov Türkiyənin İğdır vilayətində iki sərnişin avtobusunun toqquşması nəticəsində yaralanan Azərbaycan vətəndaşlarını xəstəxanada ziyarət ediblər.
"Report"un məlumatına görə, onları Azərbaycanın Qarsdakı baş konsolu Nuri Quliyev, Naxçıvan Muxtar Respublikasının İğdırdakı təmsilçisi Behbud Qadalı və İğdır valisi Ahmet Turqay Alpman müşayiət edib.
İğdır Dövlət Xəstəxanasının baş həkimi Nevruz Erez onlara yaralananların vəziyyəti barədə məlumat verib.
Qeyd edək ki, bu gün səhər saatlarında Türkiyədə İğdır-Aralık avtomobil yolunda iki sərnişin avtobusu toqquşub. Nəticədə 8 nəfər ölüb, 28 nəfər yaralanıb. Ölənlərdən 5 nəfəri, xəsarət alanlardan isə 26 nəfəri Azərbaycan vətəndaşıdır.
-
Nida Təhlil 13:10
Türkiyə hərbçiləri Qarabağa niyə gətirilmişdi? - Əliyevin strateji planı
-
Sosial12:58
Sabah 32 dərəcə isti olacaq
-
Nida Xəbər 12:16
XİN Avropa Parlamentinə cavab verdi
-
Nida Xəbər 11:55
İlham Əliyev Almaniyada mühüm tədbirdə çıxış etdi - Yeniləndi
-
Nida Xəbər 10:29
Qriqoryan İrana hesabat verdi: Delimitasiya ilə bağlı
-
Nida Təhlil 09:26
Füzulidən Berlinə uçuş: Əliyevin təyyarəsi niyə Qarabağdan qalxdı?
-
Sosial08:42
Azərbaycanda general vəfat etdi
-
Magazin208:00
Şakira açıq-saçıq geyimi ilə heyrətləndirdi - FOTO