11-ci sinif şagirdinin 1,5 milyonluq saatı oğurlandı
Bizi izləyin

MDB

11-ci sinif şagirdinin 1,5 milyonluq saatı oğurlandı

Moskvada məktəblinin 1,5 milyon rubl dəyərində “Rolex” markalı saatı oğurlanıb.

Publika.az xəbər verir ki, bu barədə “Baza” teleqram kanalı yazıb. Bildirilir ki, bir qadının polisə müraciət edərək 11-ci sinif şagirdi olan oğlunun bahalı “Rolex” saatının oğurlandığını bildirib.

Valideynin sözlərinə görə, əsas şübhəli oğlunun məktəb yoldaşıdır. Saat yoxa çıxmazdan əvvəl onlar mənzildə birlikdə əyləniblər. Səhəri gün dost sağollaşmadan gedib.

Ancaq həmin şəxs bu ittihamı inkar edir. Teleqram kanalının məlumatına görə, polis artıq onun evində axtarış aparıb və saatı tapmayıb. Oğlanın tanışlarının dediyinə görə, o, “borclarının öhdəsindən gəlmək” üçün saatı oğurlaya bilərdi, çünki onlayn kazinolarda oynamağı sevir və hamıdan borc alır.

Tural

Oxumağa davam et
Reklam
Reklam

Gündəm