Bakıda kütləvi dava - iki nəfər bıçaqlandı - - FOTO
Bizi izləyin

Hadisə

Bakıda kütləvi dava - iki nəfər bıçaqlandı - - FOTO

Hadisə Nəsimi rayonunda qeydə alınıb.

Bakıda iki nəfərin xəsarət alması ilə nəticələnmiş kütləvi dava olub.

“Report”un xəbərinə görə, hadisə Nəsimi rayonunda qeydə alınıb.

Belə ki, Asif Məhərrəmov küçəsində yerləşən yaşayış binasının önündə 4 nəfər arasında kütləvi dava baş verib. Nəticədə 1990-cı il təvəllüdlü Həsənov Xansu və 1988-ci il təvəllüdlü Səbuhi Ağayev bıçaqlanıb.

X.Həsənov çoxlu qan itirdiyindən yaxınlıqda yerləşən M.Mirqasımov adına Respublika Klinik Xəstəxanasına yerləşdirilib. Onun vəziyyəti ağır qiymətləndirilir.

S.Ağayev isə 1 saylı Kliniki Tibbi Mərkəzə yerləşdirilib.

Faktla bağlı Nəsimi Rayon Polis İdarəsinin 19-cu Polis Bölməsinin əməkdaşları tərəfindən araşdırma aparılır.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm