İşdən çıxarılan gənc özünü öldürmək istədi
Bizi izləyin

Hadisə

İşdən çıxarılan gənc özünü öldürmək istədi

Faktla bağlı araşdırma aparılır.

Salyanda intihara cəhd hadisəsi baş verib.

Hadisə rayonun 20 Yanvar küçəsində qeydə alınıb.

Belə ki, həmin ünvanda yaşayan 26 yaşlı Adil Yadigar oğlu Əliyev çoxlu dərman qəbul edərək özünə qəsd etmək istəyib. Yaxınları tərəfindən Salyan Mərkəzi Rayon Xəstəxanasına çatdırılan A.Əliyevə ilk tibbi yardım göstərilib.

Onun vəziyyətinin ağır olduğu bildirilir. Yaxınlarının dediyinə görə, A. Əliyev çalışdığı şirkətdə işdən çıxarıldığı üçün belə bir addım atıb.

Faktla bağlı araşdırma aparılır. (report)

Oxumağa davam et
Reklam
Reklam

Gündəm